Gəncifaçılar:“Musiqimizkeşikçisiz qalıb”


Deyirlər, musiqiruhunqidasıdır. Gündəlikhəyatımızda, yəqinki, çoxlarımızbufikrintəsdiqinitapmışıq. Bəzənyoldagedərkən, işdəolarkən, dostlarımızlasöhbətləşərkənhardansamusiqisəslərieşidirik. İstər-istəməzdayanmalı, əlimizisaxlamalı, sözümüzüyarımçıqqoymalıoluruq. Çünkihəminsəsinuzunmüddətdənbəriaxtardığımızhüzurmənbəyikimigəlirbizə. Beləsəssahibləri, gəncistedadlarçoxdur. MəxfirətHüseynovailəMəhərrəmliƏlişanov da bucürgənclərdəndir.
Onlarıcəmibirdəfə, təsadüfəndinləmişdim. Ammaeləhəminqarşılaşmagəncifaçılarımüşahidəetməyimüçünkifayətoldu. Üzlərindəkitəbəsüməbaxıbəminoldumki, onlargördükləriişdən- müxtəlifrestoranlardacanlımahnılarifaetməkdən, həqiqət, zövqalırlar. Odurki, onlarlagörüşübmusiqiyəonlansevgiləribarədsöhbətləşdim. 
-Necə oldu ki, praktik formada ifaçılığa başladınız?
-MəxfirəHüseynova: Uşaqlıqdanmusiqiyəhəvəsimolub. Ortaməktəbinbirincisinifindəoxuyandanbəri, deməkolar, bütüntədbirlərdəçıxışedirdim. Çoxlumahnıbilirdim. Həvəskarformadaifaedirdim. Amma o zaman haçansabuişləpeşəkarformadaməşğulolacağımağlımagəlməzdi. Baxmayaraqki, musiqiyəmaraqmənəirsənkeçib, babamtanınmışmuğamifaçısıolub. Daimonudinləyirdim. Mənimənböyükarzumisəingilisdilimüəllimiolmaqidi. 2013-cü ildəbuixtisasaqəbuloldum. Amma, deməkolar, musiqiiləməşğulolurdum. Vaxtımınböyükhissəsimusiqiiləkeçirdi. Bununəsassəbəbkarıisəmərhumbəstəkar, ƏməkdarincəsənətxadimiNailəMirməmmədliidi. Nailəxanmlatanışlığım 2014-cü ildənbaşlayıb. HəminvaxtÜmumilliliderHeydərƏliyevin 91 illiyiiləbağlırespublikasəviyyəsindəmüsabiqəkeçirilirdi. Məndəqoşulmuşdum. Nailəxanıməvvəlmənədediki, səninyerinsəhvdüşüb, musiqimüəllimliyiixtisasınıseçməliidin. Sonradanfikrinidəyişdi. Bildirdiki, ingilisdilimüəllimliyiixtisasınayiyələndikdənsonra damusiqiiləməşğulolabilərəm. Valideynlərimləgörüşdü. Fikrinionlarla da bölüşdü. Beləliklə, artıq 5 ildir, yəni 2017-ci ildən professional şəkildəpraktikifaçılıqlaməşğulam. 

-MəhərrəməliƏlişanov: O zamanlarmənAzərbaycanDövlətPedaqojiUniversitetindəTələbəHəmkarlarİtifaqınınsədriidim. Təşəbbüsümlə “ADPU-nun səs”ilayihəsinə start verildi. Məxfirətxanım da o layihədəiştiraketdi, qaliblərdənbirioldu. Bundansonratədricənkollektivimizformalaşdı. “Sun rise” qrupunuyaratdıq, birsırauğurlaraimzaatdıq. Nailəxanımhəminvaxt da bizəəlindəngələnqədərdəstəkverirdi. Koronaviruspandemiyasındansonraisəikimiz, deməkolarki, tandem yaratdıq.

-Əlbəttə, asansahəyoxdur. Bəssizinişinizinçətintərəflərinələrdir?

-M.H: Deyirlər, elingözütərəzidir. İşimizinənməsuliyyətlitərəfiinsanlarınqarşısındaçıxışetməkdir. Əksəriyyətinitanımırıq, çoxununüzünü ilk dəfəgörürük. Ammaifaetdiyimizməkanlardabütünmüştərilərinzövqünüoxşamağaçalışırıq. Bununüçüntəkcəifamızadeyil, geyimimizə, davranışlarımıza da diqqətetməlioluruq. 

-M.Ə: Ənvacibməqamlardanbiriisərepertuardır. Məxfirətxanımhaqlıolaraqdeyirki, biz
 tanımadığımızinsanlarınzövqlərinioxşamağaçalışırıq. Əlbəttə, zövqlərmüxtəlifdir. Hərkəsbirjanrdamahnınısevir. Gərəkbütünseçimlərəhörmətləyanaşasan. Buna baxmayaraq, biz bayağıifalardanmümkünqədəruzaqqalmağaçalışırıq.

-Bildiyiməgörə, kifayətqədərsevilirsiniz. Sizcə, bununsirrinədədir? Tandeminiznəiləfərqlənir?

-M.Ə: Əslində elə də çox yol qət etməmişik. Amma hər şey təməldən asılıdır. Görünür, müəllimimiz Nailə xanımın da dəstəyi ilə təməlimiz möhkəm olub. Həm də konkret arzumuz, məqsədimiz var. Biz, doğrudan da, ən yaxşı olmağa çalışırıq. İkinci bir tərəfdən isə repertuarımıza xüsusi diqqət edir, ənənələrimizi yaşatmağa çalışırıq. Üzeyir Hacıbəyovu, Bülbülü..., onların irslərini unutmaq olmaz. 
-Çətinlikləri sadaladınız, bəs sizi yorulmağa qoymayan nədir?
-M.Ə: Sevgi. Ümumiyyətlə, hər şeyin kökündə sevgi dayanır. Sevgisiz nəyəsə nail olmaq mümkün deyil. 
-M.H: Doğrudan da, işimizi çox sevirik. Bu, artıq həyat tərzimizə çevrilib. Hətta bir gün ifa etməyəndə səhnə üçün darıxırıq. (gülür). 
-Etiraf etmək lazımdır ki, ifaçılar kifayət qədərdir. Amma onların heç də hamısının ixtisası məşğul olduqları sahəyə uyğun deyil. Sizcə, ifaçı üçün musiqiçilik ixtisasına yiyələnmək nə qədər önəmlidir?

-M.H: İlk növbədə onu deyim ki, oxuduğun mahnını hiss etmək lazımdır. Bunu bacarmırsansa, yaxşı ifaçıolmağın çox çətindir. İkinci bir tərəfdən, Nailə xanım həmişə deyirdi ki, peşəkar ifaçı səsini özünə tabe etməyi bacarmalıdır. Bunu isə ancaq müəllimlə, xüsusi hazırlıq nəticəsində öyrənmək mümkündür. Həmçinin düzgün nəfəs almanın özü də məşqlər tələb edir. Əslində incəliklər çoxdur. Və bu incəliklər ifaçının musiqi təhsili almağını zərurətə çevirir.

-M.Ə: Məxfirət xanımın dediklərinə onu əlavə edim ki, istək, sevgi də çox mühüm məsələdir. Bir çox insanın yaxşı səsi var. Bu, fitri istedaddır. Ancaq bəzən insanlar Allahın onlara verdiyi vergidən istifadə etmək istəmirlər. Fikrimcə, səsin varsa, mütləq onu qorumalı, inkişaf etdirməli, üstündə işləməlisən. Yəni peşəkarlardan dəstək almalısan. Təəssüf ki, başqacür düşünənlər də var. 

-Xüsusilə son vaxtlar bulvarda, yeraltı keçidlərdə müxtəlif musiqi alətləri vasitəsilə ifa edən gənclərə rast gəlirik. Bu tendensiyaya münasibətiniz necədir?

-M.Ə: Normaldır. Ümumiyyətlə, bəzi gənclərdə musiqiyə hədsiz həvəs var. Müəyyən hallarda onlar daxillərindəki musiqi atəşəsini söndürmək üçün həvəskar formada ifa edirlər. Bəziləri isə bunu maddiyat üçün edirlər. Hər ikisi normaldır. 
-Bu cür gənclərə məsləhət verdiyiniz, onlarla öz təcrübənizi bölüşdüyünüz olubmu?
-M.Ə: Küçə ifaçıları ilə adətən təsadüfən, yol gedərkən rastlaşırıq. Onları tanımırıq, xarakterlərinə bələd deyilik. Ona görə bəzi hallarda həmin gəncləri bir müddət kənardan müşahidə edirəm. Öz-özümə düşünürəm: görəsən, fikrimi desəm, hansı reaksiya ilə qarşılaşaram? Bəli, dediyiniz kimi, elə gənclər olub ki, onlara yaxınlaşıb, ifaları ilə bağlı münasibətimi bildirmişəm. Amma gərək bunu da dostyana deyəsən ki, qaş düzəltmək istədiyin yerdə, gözçıxarmayasan. Çünki bircə söz gəncləri həvəsdən sala, onlarda ruh düşkünlüyü yarada da bilər. 
-Necə düşünürsünüz, son dövrlərdə musiqinin hansı janrına tələbat daha çoxdur?
-M.H: Düşünürəm ki, musiqili meyxanalara maraq daha çoxdur. Hər halda biz bu tendensiyanı əyani formada müşahidə edə bilirik. 
-M.Ə: 2000-ci ilin əvvəllərindən etibarən mahnı janrının yaradıcıları Tofiq Quliyev, Emin Sabitoğlu və başqaları dünyalarını dəyişdilər. Beləliklə, hətta indi də musiqimiz belə demək mümkünsə, keşikçisiz qalıb. 2008-ci ildən etibarən yeni simalar musiqi səhnəsinə daxil oldu. Meyxana maraqlı janrdır. Amma musiqi ilə meyxananın “sintezinə” münasibətim birmənalı deyil. Musiqili meyxananın sevilməyinin, kütləviliyinin bir neçə səbəbi var: ritm, ərəb xalqlarına xas ahəng və s. Həm də insanlar belə musiqiləri daha tezqəbul edirlər. Dediyim kimi, XXI əsrin ilk onilliyində musiqi sahəsində boşluq yarandı. İndi böyüyən uşaqlar, gənc nəsil də ancaq musiqili meyxananı dinləməli olurlar. Çünki alternativ yoxdur. Bu məqam adını çəkdiyimiz janrların daha da kütləviləşməsinə səbəb olur. Hətta musiqi məktəbində təhsil alan uşaq belə, öz-özünə düşünür ki, yəqin, müəllimimin dedikləri səhvdir. 
-Son zamanlar bəzi mahnılar məhz sözlərinə görə müzakirələrə səbəb olur, ifaçılar tənqid edilir. Mahnının ictimai rəyə təsirində sözlər hansı rolu oynayır?
-M.H: Bu, çox ciddi məsələdir. Elə mahnılar var ki, fəlsəfəsi, funksiyası ilə sözləri uyğun deyil. Məsələn, “Ad günü” mahnısı buna misaldır. Mahnının adı “Ad günü”olsa da, sözləri sevgilisindən ayrılmış birinin doğum gününü yalnız keçirməsindən bəhs edir. Bu mahnı 5-6 yaşlı uşağın doğum günündə ifa edilir. Görünür, reklamdan, təbliğatdançox şey asılıdır. Ümumiyyətlə, mahnının adı “qapı”dır. “Qapı”nın o tərəfində olanlar isə adətən dinləyicələri maraqlandırmır. Onlara lazım olan elə “qapı”dır. 
-Bəs bayaqdan bəri danışdığımız mənfi tendensiyaları necə dəyişmək olar?
-M.Ə: Bəstəkarlar, nəzəriyyəçilər təbliğat aparmalıdırlar. Bayağılığa qarşı müqavimət olmalıdır. Bu gün tanınan ifaçıların bir çoxunun reklamı güclüdür. Əgər reklam olmasa, onlar tanınmaz. Deməli, rəqabət aparılmalıdır. Sözün əsl mənasında sənətçilər üçün də reklam ayırılmalı, onlara da meydan verilməlidir. 
-İkiniz də musiqi təhsili almısınız. Əminəm ki, tələbə yoldaşlarınızdan cəmi bir neçəsi bu pilləyədək gəlib çata biliblər. Bu uğurunuzu nə ilə əlaqələndirirsiniz?
-M.H: Bütün ixtisaslarda olduğu kimi, bizdə də təsadüfən bura düşənlər var idi. Yəni tələbə yoldaşlarımızın heç də hamısı musiqini sevmirdi. Onlara sadəcə diplom lazım idi. Bəzi tələbə yoldaşlarım isə hazırda müəllim kimi çalışır.
-M.Ə: Əlbəttə,valideynlərin münasibətindən də çox şey asılıdır. Elə gənc var ki, həqiqətən, musiqiyə həvəsi var. İstedada da malikdirlər. Amma ata-anaları onlara mane olur, övladlarının müəllim, həkim, prokuror...olmalarını istəyirlər. Bəzən də maddiyat məsələsi əsas kimi göstərilir. Lakin bu, bəhanədir. Həqiqi sevgi olan yerdə hər şey, o cümlədən də maddiyat ikinci planda dayanır. 
-Siz həm də orta məktəbdə musiqi müəllimisiniz? Bu gün məktəblərdə musiqi fənninə münasibət necədir?
-M.Ə: Təəssüf ki, arzuolunan səviyyədə deyil. Musiqiyə,rəsmə, idmana ikinci dərəcəli fənn kimi yanaşılır. Halbuki hər bir ölkə dünyada məhz mədəniyyəti, o cümlədən musiqisi ilə tanınır. Bundan başqa, bəziləri yanlış olaraq düünür ki, musiqi dərsi ancaq mahnı oxumaqdan ibarətdir. Əsla belə deyil. Şagirdlərə həm də müxtəlif mahnıların tarixi, bəstəkarların həyatı barədə məlumat vermək lazımdır. Ümumiyyətlə, professional musiqi ədəbiyyat üzərində qurulub. Nizamini, Nəsimini, Füzulini tanmayan nə yaxşı ifaçı olar, nə də musuqi müəllimi.
-Musiqi müəllimi olmağın çətinliyi nədən ibarətdir?
-M.Ə: Mütləq ruha inteqrasiya etmək lazımdır. Ancaq bu yolla şagirdin qəlbinə yol tapmaq olar. Təsadüfi olaraq demirlər ki, musiqi ruhu qidasıdır. Əgər riyaziyyat müəllimi nəyisə yazaraq izah edirsə, biz bunu ruha toxunaraq edirik. 
-Gələcək planlarınız nələrdir?
-M.H: Əlbəttə, planlarımız, ideyalarımız çoxdur. Yəqin ki, zamanla açıqlayacağıq. Xüsusilə uşaqlarla bağlı layihələr üzərində düşünürük. Və bayaq da dediyimiz kimi, Üzeyir bəy kimi sənətkarların irslərini qorumağa çalışırıq. 
Kənan Novruzov