Rasim Balayev və Şəfiqə Məmmədova uzun müddət sonra bir arada!

Uzun müddətdir ki, tədbirlərdə bir-birindən uzaq qaçan, bir arada görüntülənməyən Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova görüşüb. 

"Sherg.az" xəbər verir ki, küsülü olduqları iddia olunan sənətçilər bu gün Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə birgə görüntülənib. 

Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirib.

Qeyd edək ki, onlar uzun zamandır ki, ya birgə tədbirlərdə iştirak etmir, ya da eyni məkanda bir araya gəlmirdilər. 

FOTOLAR: APA