Merilin Monronun son günlərini keçirdiyi ev "şəhər simvolu" elan edildi

Hollivudun əfsanəvi aktrisalarından olan Merilin Monronun Los-Ancelesdəki evi “şəhər simvolu” elan edilib. 36 yaşında həddindən artıq dozadan dünyasını dəyişən ulduz son günlərini bu evdə keçirib.

Sherg.az xəbər verir ki, ikonik aktrisa Merilin Monronun Los-Ancelesin Brentvud rayonundakı evinin sökülməsi planlaşdırılıb. Monronun evi Los Anceles Şəhər Şurası tərəfindən tarixi mədəniyyət abidəsi nominasiyası kimi təsdiq edilib.


Monro 4 otaqlı evdə təxminən 6 ay yaşayıb. O, 1962-ci ildə bu evdə həddindən artıq narkotik maddə qəbulundan dünyasını dəyişib.

Evin Monronun "1962-ci ildə işləyərkən axtardığı və tək aldığı" ilk yer olduğu ifadə edilib.

Evin hazırkı sahibləri Brinah Milstein və onun əri Roy Bank keçən il evi 8,35 milyon dollara alıblar və qonşuluqdakı mülklərini genişləndirmək üçün onu sökməyi planlaşdırırdılar.

Los Anceles Şəhər Şurasının üzvü Traci Park, "Bizim bu gün 60 il əvvəl edilməli olan bir şeyi etmək imkanımız var. Los Anceles şəhərində Merilin Monro və onun Brentvuddakı evi qədər simvolik bir insan və ya yer yoxdur. "