“Xocalının ukraynalı gəlini” filminin təqdimatı olub -FOTO

  Düz 32 ildən sonra Xocalıda ilk dəfə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin layihəsi çərçivəsində “Xocalının ukraynalı gəlini” adlı filmin təqdimatı Xocalı 1 saylı məktəbin akt zalında baş tutub. 
Sherg az xəbər verir ki, tədbirdə dövlət himnimiz səslənib,  sonra isə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışçılar film haqqında fikirlərini dilə gətiriblər. Xocalıya gəlin gələn ukraynalı Tatyana Dimitriyevnanın acı həyat heykayəsindən bəhs edən bu filmi izlədikcə tədbir iştirakçıları göz yaşlarını saxlaya bilməyiblər. Rəsmi rəqəmlərə görə, soyqırım zamanı 150 nəfər itkin düşüb ki, onlardan biri də Tatyana xanımdı.  Bu günlərdə həmin itkinlərdən bəzilərinin cəsədlərinin qalıqları tapılaraq Xocalı qəbiristanlığında dəfn edilib. Dövlət rəsmiləri tərəfindən onlar yad edilir. Tədbirlər düzənlənir, məzarlarının üzərinə çiçəklər düzülür. Hər kəsin bir arzusu var, kaş bütün itkinlər tapılsın, həsrətə son qoyulsun. İtkin yolu gözləmək çox ağır dərddir. Bunu hər kəsin baxışlarından da duymaq çətin deyildi...
Filmin rejissoru Murad Adil oğlu, operatoru isə Mirqabildi.