Avropa İttifaqının monolit olmadığı artıq sirr deyil - RƏY
Avropa İttifaqının monolit olmadığı artıq sirr deyil - RƏY
Yusif Nəzərli
11:58 27.04.2025
Siyasət
418
Görünür, birinci variantı tərtib edən kimdirsə və yaxud hansı qüvvəni təmsil edirsə, Türkiyə və Azərbaycana qarşı fobiyası var
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası qondarma “erməni soyqırımı” ilə bağlı qeydləri silib. Qeydlər Missiyanın X sosial şəbəkəsindəki rəsmi səhifəsindən silinib. Belə ki, əvvəl qondarma “erməni soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik” ifadəsi yer alsa da, sonradan bu, “1915-1923-cü illər qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edilib. Görünür, Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası rəsmi Ermənistan və erməni lobbisinin tarixi saxtalaşdırmaqla apardığı ideoloji təbliğatda iştirak edir.
Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, istər Avropa İttifaqı olsun, istərsə də hər hansısa başqa bir dövlət və yaxud hansısa beynəlxalq təşkilat belə məsələlərdə münasibət bildirərkən siyasi konyukturanı mütləq nəzərə alırlar:
“Bu məsələdə həm birinci variant, həm də redaktə olunmuş ikinci variant siyasi maraqlardan irəli gəlir. Avropa İttifaqının monolit olmadığı artıq sirr deyil. Görünür, birinci variantı tərtib edən kimdirsə və yaxud hansı qüvvəni təmsil edirsə, Türkiyə və Azərbaycana qarşı fobiyası var. Bu materialın redaktəsini təmin edən isə kimdirsə və yaxud hansı qüvvədirsə, anlayır ki, bu gün Avropanın Türkiyəyə və Azərbaycana daha çox ehtiyacı var, nəinki Ermənistana. Məncə, məsələyə bu prizmadan baxmaq və dəyərləndirmək lazımdır. Həm dünyada, həm Avropada, həm Qafqaz regionunda yaranmış situasiya Avropanın Qafqaza münasibətinin əsas meyarıdır. Və ağlı başında olan Avropa bürokratı Türkiyə və Azərbaycanın nə dərəcədə gərəkli tərəfdaş olduğunu anlayır. Amma ortada dünyanın, Avropanın maraqlarını yox, özəl maraqlarını təmin etməyə çalışan qüvvələr də olub, var və yəqin ki, bundan sonra da olacaq. Bu isə o deməkdir ki, belə hallarla müxtəlif situasiyalarda qarşılaşa bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə