Şair, tərcüməçi Akif Əhmədgil görkəmli qazax yazıçısı Oljas Süleymanovun 90 illik yubiley tədbirlərində iştirak edib.
“Sherg.az”a bu haqda məlumat verən Akif Əhmədgil qeyd etdi ki, yubiley tədbiri Qazaxıstanın Almatı şəhərində keçirilib. Akif Əhmədgil müəyyən səbəblərdən yubiley tədbirində iştirak edə bilməyən Sabir Rüstəmxanlının təbrik məktubunu da Oljas Süleymenova çatdırıb. Akif Əhmədgil Oljas Süleymenovla dostluq münasibətlərinin rəmzi olaraq ona saz bağışlayıb. Qazax ədəbi ictimaiyyəti isə şairi “Abay” mükafatına layiq görüb. 
Qeyd edək kİ, Akif Əhmədgil bir neçə il əvvəl Qazaxıstanın "Alaş" beynəlxalq ədəbi mükafatına da layiq görülüb. O, bu mükafata Oljas Süleymenovun "Tanrının təbəssümü" və Uluqbəy Esdövlətin "Uluğbəy küçəsi" kitablarını Azərbaycan dilinə tərcümə etdiyinə görə layiq görülüb.