"Başqa həyat" adlı sənədli filmin təqdimatı olub
14:14 18.09.2021
Mədəniyyət
459
"Başqa həyat" adlı sənədli filminin təqdimat mərasimi baş tutub.
"Report" xəbər verir ki, ilk olaraq qapalı baş tutan filmin premyerasında Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputı Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, Müdafiə Nazirliyinin nümayəndələri, ziyalılar, tanınmış bloggerlər, media nümayəndələri və digərləri iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra doğma Vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişindən əvvəl çıxış edən hacı Şahin Həsənli filmdən söz açıb. O bildirib ki, film "Ərbəin" (40 mərasim) ziyarəti haqqında çəkilib. Ərbəin mərasimində dünyada ən böyük anma mərasimləri keçirilir. Bu tədbirə dünyanın istəlinən yerindən 20 milyondan çox insan imam Hüseyni əleyhissalamı ziyarət edir. Məhz Azərbaycanda da İmam Hüseyn əleyhissalamın xatirəsi imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümü olaraq anılır. Sənədli filmə çox uğurlu ad seçilib. Bu fərqli həyat rasionallıqla hemosianılığın birləşməsidi. Azərbaycan milli mədəniyyətində özəlliyi rasionallıqla hemosianılığın birləşməsidi".
Filmin nümayişindən sonra Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev öz təsuratlarını bölüşüb: "Belə müqəddəs ziyarətdə olan şəxslərə qibtə edirəm. Bu filmi izləmək mənə xoş oldu. Ekran əsərini olduqca yüksək qiymətləndirirəm, məhz bizim gənc peşakarlardan bu cür filmlər həm cəmiyyətimizə, həm də xalqımızın milli dəyərlərinə lazımdır. Ekran işində təmənnasız və böyük sevgidən bəhs edilir. 44 günlük Vətən müharibəsində gördüklərimi bir daha hiss elədim. Biz çox xoşbəxt adamlarıq ki, Vətən müharibəsini canlı olaraq görmüşük, eyni zamanda onun il dönümünü bu yaxınlarda qeyd edəcəyik".
Filmdən təsirlədiyini vurğulayan Arzu Nağıyev bu kimi layihələrin daha çox olmağını dilə gətirib: "Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda qalibiyyətimizi qorumaq və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.
Qeyd edək ki, filmin rejissoru Elçin Ağazadə, prodüser Orxan Məmmədzadə, operator Soltan Abdullayev, montaj Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridir.
Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət