M.Teatrında yeni premyera - "Bir gecənin nağılı"
M.Teatrında yeni premyera - "Bir gecənin nağılı"
Yusif Nəzərli
12:28 16.01.2023
Mədəniyyət
1394
Yanvarın 15-də Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) təqdimatında mərhum yazıçı Rövşən Ağayevin "Bir gecənin nağılı"" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən "Sherg.az"a bildirilib ki, tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.
Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa etdilər.
Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.
Məlumat üçün qeyd edək ki, maraqlı aktyor oyunu, zəngin rejissor tapıntıları ilə müşayiət olunan tamaşa gənc aktyorların səhnə debütü idi.
Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm