N.Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib -FOTOLAR
12:58 18.03.2025
Mədəniyyət
444
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun vəfatından, eləcə də yeganə övladı Nəcəfə ünvanladığı “Bitməmiş məktub”u yazmasından bir əsr ötür...
Sherg.az xəbər verir ki, bu münasibətlə N.Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın professoru, tarix üzrə elmlər doktoru Həvva Məmmədova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın tarix kafedrasının müdiri, “Azərbaycanın Əməkdar müəllimi”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, həmin akademiyanın dosenti, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova və IV kurs tələbələri, N.Nərimanovun tədqiqatçısı, professor Teymur Əhmədovun oğlu Füzuli Əhmədov, Azərbaycan Milli Tarix Muzeyinin Beynəlxalq əlaqələrlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, həmin muzeyin baş fond mühafizi Afət Kərimova, “Azərxalça” ASC-nin baş mühafizi, əməkdar mədəniyyət işçisi Nailə Rəhimova, A.Şaiqin mənzil-muzeyinin müdiri Ülkər Talıbzadə, muzey fəalları, KİV nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
N.Nərimanovun həyatı başdan-başa təkamül deyilən bir məfhumun izahıdır. Savad, bilik əldə etmək arzusundan doğan təhsil illərindən maarif və mədəniyyətin tərəqqisi uğrunda mübarizəyə, müstəqil fəaliyyət göstərə bilmək üçün həkimlik sənətinə yiyələnmək cəhdindən siyasi mübarizəyə aparan yollarının hər addımı anbaan kamilliyə doğru can atmanın bariz nümunəsidir. Elə bu səbəbdən də onun Bakıda fəaliyyət göstərən xatirə muzeyi N.Nərimanovun doğum və anım günlərində onun şəxsiyyətinə və zəngin irsinə dəyər verən insanların görüş yerinə çevrilir.
Muzeyin direktoru Ləman Hüseynova qonaqları salamlayaraq ilk sözü tarix üzrə fəlsəfə dokroru Firdovsiyyə Əhmədovaya verdi.
O, öz çıxışında N.Nərimanovun ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçməsindən, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etməsindən danışdı.
Tədbirdə ilk dəfə olaraq qonaqlara N.Nərimanovun oğlu Nəcəfə və çox güman ki, onun simasında gələcək nəsillərə xitabən yazılmış “Bitməmiş məktub” - əlyazmasının əsli təqdim edildi. Həmin həyəcanlı dəqiqələrdə dahi mütəfəkkirin qələmi ilə yazılmış, əlləri ilə təmasda olmuş, zaman keçdikcə saralıb solmuş əlyazmanın məzmunu 189-190 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Ləman Hacıyevanın ifasında səsləndi.
N.Nərimanovun və oğlu Nəcəfin həyatından mühüm anları özündə əks etdirən videoçarx da tədbir iştirakçılarının marağına səbəb oldu.
İştirakçıların maraqlı düşüncə və rəylərilə davam edən tədbirdə keçmişimizi öyrənmək, tarixi şəxsiyyələrimizin miras qoyub getdikləri zəngin irsdən doğru faydalanmaq fikri üstünlük təşkil edirdi.
Tədbirin sonunda muzeyin fonduna yeni daxil olan tədqiqat əsərləri, kitab, qəzet, jurnallar və N.Nərimanovun müxtəlif illərdə çəkilmiş portretlərindən ibarət sərgi nümayiş etdirildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol