"ANS-dən sonra mənə bəzi saytlardan və televiziyalardan dəvətlər oldu. Amma mən heç birinə getmədim. Çünki ANS-i heç nəyə dəyişə bilmədim. Mənə Vahid Mustafayev, Seyfulla Mustafayevlə işləmək xoş olmuşdu. Buna görə başqa yerə getmədim. Başqa yerdə özümü görmədim”.
Bunu ANS-in ulduzu olan Aytəkin Alxaslı digər ANS-çi Rəşad Abbasova video müsahibəsində deyib.
O, bildirib ki, indi mən heç bir yerdə işləmir, heç bir yerdən əməkhaqqı almır: "Bəs mən nə ilə dolanıram? Qardaş və bacılarımın hesabına yaşayıram. Çoxlu vəzifəli dostların var amma onlardan heç vaxt madiyyat gözləməmişəm. Onların yanında mənəviyyatımı alçaltmamışam. Amma dəstəyə də həmişə ehtiyacım olub.
Çətin olub və indinin özündə də çətindir. Mən güclü olmuşam, sınmamışam. Amma hərdən xəstəliyim məni sınağa çəkir.
Mən indi bədbinliklə nikbinliyin arasındayam. Amma həmin Aytəkinəm, sadəcə indi iş yerim yoxdur...”
A. Alxaslı müsahibəsində bir sıra maraqlı məqamlar haqda danışıb, ANS-dəki fəaliyyəti, çətin həyatı və ailə qurmamasının səbəbləri haqda danışıb.
Müsahibənin video versiyasını təqdim edirik: