Tamaşaçısız studiyalar, buz divarlara danışan aparıcılar... – “İnsan nəyə alışmır ki ?!”

“Əvvəllər tamaşaçılardan aldığımız emosiyanı, enerjini  indi operatorlarmızdan alıram” 


Dörd aydır, həyatımızın az qala bütün anlarında “COVİD-19” pandemiyasının təsirlərini görürük. Hətta istirahət etmək üçün televiziyaya baxdıqda belə pandemiyanın mənzərəsi tamaşaçısız, boş studiyaların olduğu verlişlərdə qarşımıza çıxır. Televiziya verlişlərdəki tamaşaçısız auditoriyalar biz izlyicilərə bu qədər təsir edirsə, maraqlıdır,  aparıcılar bu vəziyyətdə hansı hissləri keçirir. 
Məsələ ilə bağlı “Sherg.az”a  açıqlama verən ARB telekanalında yayımlanan “Ona qalsa” verlişinin aparıcısı Nazilə Səfərli bildirib ki, öncə tamaşaçısız studiyada veriliş aparmaq aparıcılara qəribə gəlirdi: 

“Çünki uzun vaxtlar veriliş boyu tamaşaçının alqışına, mimikasına, enerjisinə alışmışdım. Əvvəllər tamaşaçısız studiyaya daxil olub veriliş aparmaq mənə yad gəlirdi. Saatlarla buz divarlara , boş-boş danışdığımı hiss edirdim. Ona görə də ilk vaxtlar çətinlik çəkdim. Amma zamanla alışdım. İnsan nəyə alışmır ? Lakin hazırda tamaşaçısız sayılmırım. Studianın arxa tərəfində çalışan operator və digər texniki işçilərimizə həm də tamaşaçılarım kimi baxıram. Əvvəllər tamaşaçılardan aldığımız emosiyanı, enerjini  indi operatorlarmızdan alıram”. 

N.Səfərli onuda söyləyib ki, aparıcı üçün tamaşaçı önəmlidir:

“Çünki yayım boyu verlişin əhvalının pis və ya yaxşı olduğunu tamaşaçılarımın üzlərindən anlayıb, ona uyğun emosiyanı dəyişə bilirsən. Lakin indi müvəqqəti olaraq bütün bu hissləri operatorlardan alıram. Məsələn, ötənlərdə veriliş boyu bir şeir söylədim, operatorlar alqışladı. O zaman hiss etdim ki, tamaşaçısız deyiləm. Artıq tamaşaçısız verliş yayımlamağa da alışmışıq”.