Türkiyə mediası: Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı raket zərbəsindən istifadə etməsi vandalizmdir


Azərbaycanın Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması xəbəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən sürətlə yayılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə KİV-ləri dinc əhali arasına tələfat və mülki evlərin və obyektlərin dağıntısı ilə nəticələnən Ermənistanın Azərbaycanın qarşı raket zərbəsindən istifadə etməsi vandalizm adlandırıb.

Məlumatlar Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, TGRT, TRT AVAZ və sair telekanallar, eləcə də nüfuzlu qəzetlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmaqdadır.