Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.

“Report”un xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir:

“Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq”