Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb.
![](https://media.gov.az/media/images/article/450/gal716.jpg?2022-11-21+13%3A00%3A14)
"Sherg.az" xəbər verir ki, təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindən jurnalistlərə “Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
![](https://media.gov.az/media/images/article/450/gal717.jpg?2022-11-21+13%3A00%3A14)
Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.
![](https://media.gov.az/media/images/article/450/gal718.jpg?2022-11-21+13%3A00%3A14)
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
![](https://media.gov.az/media/images/article/450/gal720.jpg?2022-11-21+13%3A00%3A14)
![](https://media.gov.az/media/images/article/450/gal719.jpg?2022-11-21+13%3A00%3A14)