Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
11:57 09.10.2025
Gündəm
382
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, İrakli Çikovani deyib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
İ.Çikovani qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq regionun təhlükəsizliyi və inkişafı üçün əsasdır. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə general-polkovnik Zakir Həsənova təşəkkür edib.
Nazir Azərbaycanla müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığa diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan tədbirlər uğurla planlaşdırılıb və həyata keçirilib.
Söhbət zamanı Azərbaycan hərbçilərinin çoxmillətli birgə hərbi təlimlərdə, eləcə də hərbi təhsil sahəsində planlaşdırılan kurslarda iştirakı məsələsinə də toxunulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə