MŞ sədri: “Jurnalistlər də evdən işləyə bilərlər”
Banuçiçək Kalbalıyeva
14:40 16.03.2020
Media
1544
Əflatun Amaşov:“Amma onu da deyim ki, müxbirlərin redaksiyalara gedib-getməməsi bir az rəhbərliklə qurulan münasibətlərdən, kollektivin daxili kodekslərindən asılıdır”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) artıq pandemiya elan etdiyi koronavirus bütün sahələrə təsir edib. Əgər həkimlər ayrı-ayrı fərdlərin sağlamlığının qorunmasına xidmət edirlərsə, media işçiləri bütünlüklə cəmiyyətin təhlükəsizliyinə çalışırlar. Bu mənada jurnalistlərin hazırladıqları mətnlər, verdikləri informasiyalar xüsusi əhəmiyyətə malikdir.
Maraqlıdır, görəsən bu çətin, mürəkkəb durumda Azərbaycan mediası üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirmi?
Sualımızı cavablandıran Mətbuat Şurasının sədri Əflatun Amaşov “Sherg.az”a söyləyib ki, indiki dövrdə media peşəkar davranmalıdır:
“Xüsusilə belə fövqəladə vəziyyətlərdə oxucular yeni informasiya axtarırlar. Oxucuları yeni informasiya ilə jurnalistlər təmin etməlidirlər. Lakin bütün prinsiplərə əməl etmək şərti ilə. Qeyri-dəqiq, yoxlanılmamış məlumatları vermək olmaz. Nəzərə almaq lazımdır ki, yayılan hər bir informasiya həm də insanların psixoloji vəziyyətinə təsir edir. İlk vaxtlar müxtəlif saytlarda, sosial şəbəkələrdə dezinformasiyalar yayılırdı. Amma Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılandan sonra vəziyyət düzəldi. İndi media daha çox Operativ Qərargahın verdiyi rəsmi məlumatları yayır. Hələ ki, koronavirusun dərmanı tapılmayıb. Bu səbəbdən də media ictimaiyyətə profilaktik məsləhətlər verməlidir. Hər halda ən əsas məsələ gigiyena qaydalarına əməl olunmasıdır. Media işçiləri xüsusilə bu cür “fors-major” hadisələr zamanı “cəmiyyətin güzgüsü” funksiyasını yerinə yetirməlidirlər. Ancaq bununla yanaşı, hər bir jurnalist həm də öz sağlamlığının qayğısına qalmalıdır”.
Ə.Amaşovun sözlərinə görə, jurnalistlər öz fəaliyyətlərinə diqqət yanaşmalıdırlar:
“Mətbuat işçiləri müxtəlif yerlərə gedir, fərqli insanlarla təmasda olurlar. Əlbəttə, klinikalara gedərkən, xəstələrlə söhbət zamanı tibbi maskadan istifadə olunmalıdır. Jurnalistlər özləri sağlam olmalıdırlar ki, cəmiyyəti də sağlam informasiya ilə təmin edə bilsinlər. Bir sıra müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, dərslər dayandırılıb. Bu, yaxşı haldır. Əgər jurnalistlər hansısa tədbirə getməli, konkret bir ünvanda olmalı deyillərsə, onlar da evdən işləyə bilərlər. Amma onu da deyim ki, müxbirlərin redaksiyalara gedib-getməməsi bir az rəhbərliklə qurulan münasibətlərdən, kollektivin daxili kodekslərindən asılıdır. Redaksiyaların əksəriyyətinin yerləşdiyi “Azərbaycan” Nəşriyyatında dünən dezinfeksiya işləri həyata keçirilib. Bu addımı da müsbət qiymətləndirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya