“Ortaq media platformasının yaradılması müsbət tendensiyadır”
Fidan Həmişəyeva
12:31 25.05.2021
Media
942
“Analitik mərkəz kimi işləyəcəyiksə, müsbət nəticələr olacaq”
May 25-də Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub. “Sherg.az”xəbər verib ki, təqdimatda çıxış edən Trend İnformasiya Agentliyinin nümayəndəsi Sahil Kərimli bu il fevralın 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqlədiyini qeyd edib. O bildirib:
“Memorandumun hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması olub.
Səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib, ortaq media platformasının qurulması yolları müzakirə olunub.
“Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlinski Azərbaycanın Türkiyə ilə birgə vahid media resursunun yaradılmasını “Sherg.az”a şərh edib. Onun sözlərinə görə, ortaq media platformasının yaradılması böyük əhəmiyyətə malikdir:
“Bu platforma Türkiyə və Azərbaycanın informasiya sahəsini böyüdür. Yəni Türkiyə bizim, biz isə Türkiyənin hesabına genişlənirik. Təbii ki, burada aparıcı rol Türkiyədədir. Onların resursı daha çox və güclüdür. Amma bizim də potensial imkanlarımız ondan ibarətdir ki, müxtəlif türkdilli dövlətlərin dilini Türkiyədən daha yaxşı bilirik. Məsələn, Türkmənistan və Özbəkistanla bir məkanda olmuşuq”.
E.Şıxlinski vurğulayıb ki, ortaq media resursunun yaradılması ilə rəsmi xronika verəcəyiksə, bunun heç bir əhəmiyyəti olmayacaq:
“Yox əgər analitik mərkəz kimi işləyəcəyiksə, müsbət nəticələr olacaq.
Məsələn, xəbərlər öz yerində, amma müəyyən beyin mərkəzi olmalıdır ki, həmin xəbərlərə əsasən bölgədə və regionda Azərbaycan və Türkiyənin maraqlarına uyğun olan və olmayan prosesləri dəyərləndirib izah etsin. Belə fəaliyyət göstərməklə özümüzü tanıda biləcəyik. Düşünürəm ki, görüləsi işlər çoxdur.
Bütün hallarda ortaq media platformasının yaradılması müsbət tendensiyadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya