Bölgənin taleyi həll edilir: “NATO regionun idarəsini Türkiyəyə tapşırıb”
Banuçiçək Kalbalıyeva
12:15 17.06.2021
Müsahibə
1739
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenlə Vladimir Putin arasında keçirilən sammitlə bağlı danışıb. Bu barədə “Fox News” yazıb. Onun sözlərinə görə, Cenevrədəki sammit Vaşinqton üçün deyil, Moskva üçün uğurlu keçib. “Biz heç bir şey əldə etmədik, səhnəni Rusiyaya verdik.
Məncə, Rusiya üçün yaxşı bir gün oldu”, - deyə D.Tramp qeyd edib. Hər halda çoxdandır gözlənilən “Büyük buluşma”, nəhayət, baş verdi. Bu, planetin gələcəyi üçün ciddi sürprizlər vəd edir.
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov liderlər arasındakı görüş barədə “Sherg.az”ın suallarını cavablandırdı:
- Müzakirəni necə qiymətləndirirsiniz?
- Hər iki dövlət başçısı dialoqun yaxşı keçdiyini dedi. Amma görüş tərəflər arasında dönüş nöqtəsi olmadı. Yenə də həllini tapmamış problemlər var.
- Niyə belə düşünürsünüz?
- Jurnalistlərin görüşə buraxılmaması dialoqun gərgin keçdiyinə işarədir. Üstəlik, söhbət dörd saatdan artıq davam edib. Adətən tərəflər arasında razılıq əldə edilməyəndə belə olur. Xüsusilə, Ukrayna mövzusunda tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
- Elə isə münasibətlər necə davam edəcək?
- İndiyədək necə idisə, bundan sonra da elə. Görüş müsbət nəsə vəd etmir. Liderlərin arasında təmasların intensiv keçiriləcəyi və bəzi xırda problemlərin həll olunması istisna deyil. Lakin “buzlar əriməyəcək”.
- Türkiyə prezidenti Ərdoğanın Baydenlə görüşdən bir gün sonra Şuşaya gəlməsi regionda qardaş ölkənin təsirinin artması ilə bağlı müxtəlif iddialara səbəb olub...
- Bildiyiniz kimi, ABŞ-la Türkiyə arasındakı münasibətlərdə müəyyən soyuqluq olsa da, NATO həmişə tərəflər arasında vasitəçi kimi çıxış edib və Türkiyəni Vaşinqtona qarşı müdafiə edib. Baydenlə Ərdoğan arasındakı görüş Türkiyənin NATO daxilindəki məsuliyyətinin artmasına işarədir. Ankaranın vəzifələri artıb. Türkiyənin Cənubi Qafqaza gəlişinə də məhz bu konteksdən yanaşmaq lazımdır. NATO və ABŞ Rusiya faktoruna birbaşa müdaxilədən çəkindikləri üçün regiondakı siyasətlərini Türkiyə vasitəsilə davam etdirmək niyyətindədirlər. Fikrimcə, Türkiyənin bölgədə olması Rusiyanı o qədər də qıcıqlandırmayacaq. Çünki Ankara onsuz da müharibənin ilk günündən yanımızda olub. Bir sözlə, NATO regionun idarəsini Türkiyəyə tapşırıb.
- Bu, Qarabağda Türkiyə ilə Rusiya arasındakı münasibətlərə necə təsir edəcək?
- Rusiya öz ambisiyalarına və ya ermənilərin təhrikinə görə Qarabağda “əl- qol açmaq” fikrinə düşməməlidir. Əks halda qardaş ölkənin də fəaliyyəti genişlənəcək. Məncə, Türkiyənin Qarabağdakı proseslərə nəzarəti güclənəcək. Və Ermənistandakı seçkilərdən sonra rəsmi Ankara regionda, o cümlədən Qarabağda fəallaşacaq. Ərdoğanın bəyanatları təsadüfi deyil. O, bölgənin taleyini həll etməyə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya