Lavrov: Rusiya Misirdəki sammitdə iştirak etməyə hazırdır

Misirdə Qəzza üzrə keçiriləcək sammitin iştirakçıları Rusiyanı prosesə cəlb etmək qərarına gəlsələr, Moskva bundan imtina etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Rusiya özünü zorla təqdim etməyəcək və yalnız dəvət olunduğu halda iştirak edəcək. Lakin Qəzzadakı vəziyyət səbəbindən təxirə salınmış Rusiya-Ərəb sammiti mütləq keçiriləcək",- o qeyd edib.
Xatırladaq ki, Misirdə keçiriləcək "Sülh Sammiti"ndə 20-dən çox ölkənin lideri iştirak edəcək.