Paşinyan ikili oyun oynayır: “Bir tərəfdən Rusiyaya, digər tərəfdən...”
Banuçiçək Kalbalıyeva
14:50 03.06.2021
Müsahibə
1293
Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərə o qədər də çox vaxt qalmayıb. Hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, “Qarabağ klanı”nın üzvləri Robert Köçəryan, Serj Sarkisyan və digər siyasətçilər var qüvvələri ilə seçkilərə hazırlaşırlar.
Əlbəttə, Ermənistanın “sintetik dövlət” olduğunu nəzərə alsaq, deməli, bəzi dünya dövlətləri, xüsusilə Rusiya və Fransa seçkilərin nəticəsində birbaşa maraqlıdırlar. Və, şübhəsiz ki, həm də seçkilərə müdaxilə imkanına malikdirlər. Elə isə Ermənistan iqtidarında “sonuncu mogikan” kim olacaq?
“Sherg.az” olaraq bu və digər məsələlərlə bağlı BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli ilə söhbətləşdik:
- İrəvandakı seçkiqabağı durumu necə qiymətləndirirsiniz?
- Seçkilərdə, demək olar, Ermənistanın bütün siyasi təşkilatları iştirak edir. Onların sayı kifayət qədər çoxdur. Fikrimcə, hökumət koalisiyasının daha geniş formatda formalaşmaq ehtimalı var. Və həmin heyətdə bir çox siyasi təşkilatın nümayəndələri iştirak edəcək. Çünki hazırda açıq şəkildə üstünlük qazanan siyasi qüvvə görünmür. “Qarabağ klanı”nın reytinqi əvvəllər çox az idi Son vaxtların açıqlamaları isə göstərir ki, Paşinyanın əsas rəqibi məhz keçmiş prezidentlərdən biri olan Robert Köçəryandır. Paşinyanın şəxsi reytinqi 40 faizdir. Köçəryanın reytinqi isə ondan təxminən iki dəfə azdır. Ermənistanın ilk dövlət başçısı və hazırda 10 faiz reytinqə malik Levon Ter- Petrosyan da açıqlamalarında ən real namizədlərin məhz Paşinyan və Köçəryan olduğunu deyib.
– Belə mürəkkəb durumda Paşinyanın diplomatik həmlələri barədə nə deyə bilərsiniz?
- O, ikili oyun oynayır. Bir tərəfdən özünü Rusiyanın maraqlarına xidmət edirmiş kimi göstərir, digər tərəfdən isə Qərbin, xüsusilə Fransanın təsir imkanlarından istifadə etməyə çalışır. Paşinyanın Parisdə olarkən səsləndirdiyi “Fransa bizim ən yaxın müttəfiqimizdir” açıqlaması göstərir ki, bu siyasətçi hər iki tərəfin gücündən istifadə etmək niyyətindədir.
- Kreml rəhbəri sırf bu bəyanata görə Paşinyanı cəzalandıra, seçkilərə müdaxilə edə bilərmi?
- Məsələ ondan ibarətdir ki, Ermənistan bütövlükdə Rusiyanın təsiri altındadır- həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən. Orduya Rusiyayönümlü şəxslərin rəhbərlik etməsi məhz bunun göstəricisidir. Yəni Ermənistan tamamilə aciz vəziyyətdədir və Moskvadan imtina edə bilməz. Rusiya bunu yaxşı başa düşür. Ona görə də Paşinyanın “şıltaqlıqlarına” əhəmiyyət vermir.
- Paşinyan iqtidarını qoruya biləcək?
- Məncə, az fərqlə olsa belə, o, qalib gələcək.
- Bəs bundan sonra Ermənistanın xarici siyasətində nələr dəyişəcək?
- ABŞ Paşinyana təsir yollarını mütləq tapacaq. Məqsəd Cənubi Qafqazda ABŞ və Türkiyə tandeminin işə düşməsidir. Tərəflər arasındakı enerji əməkdaşlığı, həmçinin Rusiya və İrana qarşı mübarizə buna zəmin yaradır. Əvvəl də demişdim ki, ABŞ regionumuzda Türkiyəni dəstəkləməyə məcburdur. Seçkilərdən sonra Paşinyan Qərbyönümlü addımlara davam edəcək. Amma bunu nə qədər istəsə də, tam bacarmayacaq. Çünki Rusiya “əl-qolunu bağlayıb”. Odur ki, daxili xaos hələ uzun çəkəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə