“Taliban” legitimləşə biləcəkmi? – AKTUAL SÖHBƏT
14:52 28.09.2021
Müsahibə
1802
“Bu məsələdə beynəlxalq dəstəkçilərin, o cümlədən Pakistanın da rolu çox mühümdür”
“İkinci bir məqam isə daxildəki siyasi qüvvələrlə əlaqəlidir”
“Taliban hakimiyyətinin ilk dövründəki kimi şəriət qaydaları qəbul etsə belə, bu dəfə onları müasir çağırışlara uyğunlaşdırmalıdır”
Radikal Taliban hərəkatının siyasi bürosunun rəhbəri, Əfqanıstan Baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Qani Baradar Tacikistanı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb. O, “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə belə deyib.Baradar bunları söyləyib: "Tacikistan işlərimizə qarışır, hər bir hərəkətə qarşı çıxmaq olar".
Müvəqqəti hökumətin belə ciddi addımlar atması, şübhəsiz, riskdir. Bəs risk Taliban üçün nələr vəd edir? Məsələ barədə tanınmış jurnalist Xaqani Səfəroğlu “Sherg.az”ın suallarını cavablandırdı:
- Talibanın Tacikistanı ittiham etməsi nə ilə bağlıdır?
- Tacikistan “Şimal alyansı”nda, yəni Əhməd Mədudun rəhbərlik etdiyi müqavimətçilər cəbhəsində müəyyən təsir gücünə malikdir. Taliban bunu özünə qarşı təhdid hesab edir. Düşünür ki, Tacikistandan plasdarm kimi istifadə oluna bilər. Həm də Əhməd Məsudun Tacikistanla əlaqələrini nəzərə almaq lazımdır. Üstəgəl, Tacikistanda radikal dini icmalar var. Və bu ölkə əfqan köçkünləri üçün müntəzəm olaraq sığınacağa çevrilib. Rusiyanın Əfqanıstandan tam çıxmamaq üçün təsir mexanizmi kimi Tacikistandan yararlanması da mümkündür.
- Tərəflər arasında hərbi toqquşma ehtimalı nə qədərdir?
- Bu, inandırıcı deyil. Çünki Taliban hansısa toqquşmada maraqlı deyil. Onun əsas məqsədi daxili hakimiyyətini qorumaq, gücləndirməkdir. Bu məqsədlə hətta liberal addımlar atmağa da hazırdır. Eyni zamanda Tacikistanın KTMT üzvü olması, Rusiya ilə hərbi əməkdaşlığı radikal qruplaşmanı çəkindirir, belə demək mümkünsə, qorxudur.
- Bəs Moskva Əfqanıstana müdaxilə məqsədilə Tacikistandan istifadə edə bilərmi?
- Rusiyanın Əfqanıstana müdaxiləsi mümkün deyil. Əfqanıstana əbəs yeri “imperiyaların çökdüyü yer” demirlər. SSRİ və ABŞ bir dəfə Əfqanıstana müdaxilə edib və bunun ac nəticəsini görüb. Əksinə, Kreml yeni hakimiyyətlə daha çox diplomatik müstəvidə “dil tapmağa” çalışacaq.
- Bunu şərtləndirən nədir?
- Məsələ ondan ibarətdir ki, Əfqanıstandan mühüm elektrik dəhlizi keçir. Beynəlxalq güclər, o cümlədən də Rusiya həmin boru kəmərlərinin öz nəzarətində olmasını istəyir. Bu mənada Moskva təsir vasitəsini qorumaqdan ötrü toqquşmada maraqlı deyil. Hər halda proseslər hakimiyyətin özündən asılıdır. Talibanın isə ciddi təcrübəsi olmadığına görə birmənalı addımlar ata bilmir.
- Belə çətin vəziyyətdə Taliban hakimiyyətinin legitimləşməsi nə qədər realdır?
- Bu, hər şeydən əvvəl Talibanın dünya ölkələri ilə münasibətindən asılıdır. Maraqlıdır, atacağı addımlar Talibanın legitimləşməsinə imkan verəcəkmi? Bu məsələdə beynəlxalq dəstəkçilərin, o cümlədən Pakistanın da rolu çox mühümdür. İkinci bir məqam isə daxildəki siyasi qüvvələrlə əlaqəlidir. Taliban hakimiyyətinin ilk dövründəki kimi şəriət qaydaları qəbul etsə belə, bu dəfə onları müasir çağırışlara uyğunlaşdırmalıdır.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi