Türkiyə millət vəkili: CHP məsələni təhrif edib və siyasiləşdirib -SÖHBƏT
Yusif Nəzərli
06:52 27.03.2025
Müsahibə
974
Son dövrlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi və bəzi rayon bələdiyyələrində baş verən hüquq pozuntuları, xüsusən də rüşvət tələbi ilə bağlı müraciətlər cəmiyyətin diqqətini çəkib. Bu hadisələr, yalnız hüquqi bir məsələ deyil, həm də siyasi və beynəlxalq maraqlarla əlaqədar müxtəlif təhlillərə səbəb olub. Hadisələrə CHP-nin tutduğu mövqe, hüquq və ədalət prosesi, eləcə də xarici müdaxilələrin olma ehtimalı məsələlərində müxtəlif yanaşmalar mövcuddur. Gələcəkdəki inkişafların necə olacağı, cəmiyyətin və dövlətin bu hadisələrə necə reaksiya verəcəyi isə maraq yaradıb.
Türkiyədəki son hadisələrlə bağlı Türkiyə millət vəkili Orhan Erdem Sherg.az-ın suallarını cavablayıb:
-Bu hadisələrin əsas baş vermə səbəbi nədir?
-Sözügedən hadisə 2019-cu ildən 25-dən çox CHP üzvünün rüşvət tələbi kimi qanun pozuntuları ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinə və bəzi rayon bələdiyyələrinə şəxsən müraciət etdiyi və müraciətləri ilə bağlı texniki təqibə başlanıldığı və qanun pozuntularının araşdırılacağı ilə bağlı baş verir…
-CHP-nin tutduğu mövqeyi necə dəyərləndirirsiniz?
-Yenə eyni məsələlərlə bağlı bir neçə gizli şahid məlumat verib. Onlar vasitəsilə Əkrəm İmamoğlu və bəzi rayon bələdiyyə sədrləri, bələdiyyəyə bağlı qurumların baş müdirləri, bələdiyyədən iş alanların bəziləri və bələdiyyə işçiləri istintaq çərçivəsində saxlanılıb. Burada problemli məsələ hüquq və ədalət prosesi olan bu məsələnin CHP tərəfindən təhrif edilməsi və məsələnin siyasiləşdirilməsi, eyni zamanda sanki Əkrəm İmamoğlunun gələcəkdə prezidentliyə namizədliyinin qarşısının alınacağı hissi ilə küçələrə çağırılmasıdır...
-Sizcə bu proseslərdən yararlanmaq, kənardan müdaxilə etmək istəyən dövlətlər varmı?
-Təbii ki, təxribat törədən marjinal qrupları maliyyələşdirən və dəstəkləyən müxtəlif dövlətlərin kəşfiyyat strukturları həmişə ola bilər.
-Yaxın günlərdə hansı hadisələrin şahidi ola bilərik?
-Yaxın günlərdə ədalətin verəcəyi qərarları izləyəcəyik. Hazırda cinayətlərin sübut olunması əsas məsələdir. Əgər bunlar həqiqətən də sübuta yetirilsə və cəzalar verilsə, həqiqət üzə çıxacaq.
Bu gün həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsi və rayon bələdiyyə sədrlərinin yerinə bələdiyyə məclislərindən yeni adlar seçilib. Yaxın günlərdə daha sakit təqib olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol