Türkiyəli jurnalistdən şərh: "Ermənistan ABŞ, Fransa və İrandan dəstək alır" - Hücuma başlayacaq!
Banuçiçək Kalbalıyeva
10:05 31.07.2021
Müsahibə
2191
"Hətta həmin dövlətlərin ordularını sərhəddə yığmağa çalışır"
"Çünki Rusiyaya tam güvənmir. İrəvan indi güc toplayır, əsgər yığır, təminatını artırır"
"Sizi inandırım ki, düşmən özünə gələn kimi yeni hücumlara başlayacaq"
Qarabağ ətrafında baş verən proseslər hələ də dünya ictimaiyyətinin diqqətindədir. Çünki Ermənistan “ən zəif bənd” olduğu halda, “pas” demir. Kimə, nəyə ümid etdiyi məlum deyil. Sadəcə “suya düşən saman çöpündən yapışar" misalı elə hey vurnuxur. Ola bilsin, özü də başa düşmür ki, dünya güclərinin əlində alətdən başqa bir şey deyil.
“Sherg.az” olaraq İrəvanın bu sərsəm ritorikası və proseslərin gələcək inkişafı ilə bağlı türkiyəli hərbi jurnalist, “Tv net” kanalının əməkdaşı İsmail Umut Arabacı ilə söhbətləşdik:
-Ermənistan məğlub tərəf olmasına rəğmən, təxribatlarından əl çəkmir. Bunu hansı məntiqlə edir?
-Bu, təxminən PKK-nın davranışlarına bənzəyir. Terrorçular Türkiyə sərhəddində təxribatlar törədirlər. Sonra isə Qərb mətbuatı aqresssor kimi bizi göstərir. Ermənilərin etdiyi də budur: necə deyərlər, həm suçlu, həm güclü durumuna düşmək.
-Elə isə sözügedən proseslərin sonu nə olacaq?
-Fikrimcə, Qarabağ müharibəsi hələ bitməyib. Üçüncü savaş da olacaq. Bu, qaçılmazdır. Ermənistan hazırda ABŞ, Fransa və İrandan ciddi dəstək alır.Hətta həmin dövlətlərin ordularını sərhəddə yığmağa çalışır. Çünki Rusiyaya tam güvənmir. İrəvan indi güc toplayır, əsgər yığır, təminatını artırır. Sizi inandırım ki, düşmən özünə gələn kimi yeni hücumlara başlayacaq.
-Bir müddət əvvəl Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş oldu. Və sanki həmin müzakirədən sonra proseslər bir az da mürəkkəbləşdi...
-Moskva Suriya ssenarisini təkrarlayır: terrorçunu dəstəkləyir və sonra bunu inkar edir. Məsələ ondan ibarətdir ki, Rusiya regiona nəzarəti əlində saxlamaq, Qərbi bura buraxmamaq istəyir. PKK-nın “pultunun” Qərbin əlinə keçməməsi üçün nəyi edirsə, yenə onu edir. Hər halda Ermənistan Rusiyanın xəbəri olmadan bircə güllə də ata bilməz. Fikrimcə, gərginlik davam edəcək, təxribatlar səngiməyəcək.
-Müharibə dövründə Bakı, Şuşaya və Mingəçevirə atılan “İskəndər - M” raketi məsələsi necə olacaq?
-Bu məqamı unuda bilmərik. Azərbaycan və Türkiyə məsələni daim gündəmdə saxlamalıdır. Beynəlxalq qurumlara, o cümlədən BMT-yə ardıcıl müraciətlər göndərilməlidir. Sözügedən prosesdə xüsusilə xaricdəki diaspor və lobbinin köməyindən yararlanmalıyıq.
-Bəs minalı ərazilərin xəritəsini hansı yolla almalıyıq?
-Düşünürəm ki, Ermənistanla birbaşa ünsiyyətə girməkdənsə, BMT-yə müraciət etmək daha yaxşıdır. Çünki həmin qurumun sözügedən məsələ ilə bağlı konkret sənədləri var. Fikrimcə, belədə daha tez və konkret nəticə əldə edərik.
-Belə vəziyyətdə media necə davranmalıdır?
-Media emosiyaya qapılmamalıdır. Nəzərə almaq lazımdır ki, düşmən yazdığımız, çəkdiyimiz hər materialdan istifadə edə bilər. Üstəgəl, Qərb mediası erməni yalanlarını asanlıqla “həzm edir”. Bu, işimizi daha da çətinləşdirir. Deməli, indiki məqamda səhvlər bağışlanmır. Soyuqqanlı və şüurlu davranmaq lazımdır. Əlbəttə, öz itkilərimizi açıqlamaya bilərik. Amma düşmənin itkilərini də şişirtməməliyik. Əks halda qarşı tərəfin əlinə “kozır” vermiş olarıq. Ümumiyyətlə, jurnalist tərəfsizliyi yalnız daxildədir. Bəli, biz siyasi partiyalara fərq qoymamalıyıq. Ancaq dövlət və milli maraqları hər şeydən üstün tutmalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya