Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “ Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı ” layihəsi çərçivəsində 26 may 2026-cı il tarixdə Bakı şəhəri Şıxov çimərliyində “Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib. Aksiyada Bakı şəhəri Gənclərin Respublika Bədii Yaradəcılıq Evinin pedaqoji kollektivi və dərnək üzvüləri, Adalia Beynəlxalq Qadın Platformasının direktoru Dilşad Əhədova, Nigeriyadan Onyekachie Angela Afrikalı Uşaqlara Yardım Fondunun direktoru iştirak ediblər.

QHT.az xəbər verir ki, aksiyada iştirak edənlərə xüsusi köynəklər, baş geyimləri və əlcəklə təchiz olunublar.
1 saatlıq aksiyada dəniz sahilində müxtəlif növ məişət tullantılarından təmizlənib. Ərazidən toplanan plastik su butulkaları, yemək qabları, sellofan torbalar, şüşə parçaları, dəmir qırıntıları çeşidlənərək xüsusi torbalara yığılaraq məişət tullantıları qablarına aparılıb. Aksiya iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.
Layihənin rəhbəri İradə Həsənova təmizlik aksiyası ətraf mühitin qorunması, insanların ekoloji şüurunun artırılması və daha sağlam yaşam mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Belə aksiyalar insanlarda məsuliyyət hissini gücləndirir, təbiətə qayğı göstərməyə təşviq edir və cəmiyyətin birliyini nümayiş etdirir, təmiz ətraf, mühit sağlam gələcəyin əsas şərtlərindən biridir və hər kəsi ətraf mühitə qarşı diqqətli olmağa çağırıb.

Aksiyada iştirak edən Onyekachie Angela məktəblilərlə belə aksiyaların keçirilməsini təqdirə layiq hesab etdiyini və ətraf mühitin qorunmasının vacib bir məsələ olduğunu vurğulayaraq bildirdi ki, təmizlik həm ölkənin, həm də sağlam həyat tərzi üçün olduqca vacibdir. Kütləvi işlərin Təşkili şöbəsinin müdiri Kəmalə Muradlı söyləyib ki, “Ətraf mühit evimizin kəndarından başlanır. Hər bir fərd yaşadığı ərazinin təmizliyinə cavabdehdir. Hər kəs təmizlik aksiyasında iştirak etməyə bilər. Lakin hər bir insan diqqətli olmalı, ətrafa məişət tullantılarını atmamlıdır. Dəniz sahilinə gələn insanın ərazi haqqında ilk təəssüratı təmizlikdən başlanır. Hər yer təmiz olsa, bu, qonaqlarda, turistlərdə xoş hisslır oyadar”.
Aksiya ətrafdakı insanları, xüsusən məktəb yaşlı gənclər tərəfindən maraqla qarşılanıb. Onlar növbəti aksiyalarda iştirak edəcəklərini bildiriblər.