Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası elektron yaddaş hazırlayıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata keçirlən “Milli Maraqların beynəlxalq təşkilatların prosedurlarından istifadə etməklə müdafiəsi” layihəsi çərçivəsində maarifləndirci elektron yaddaş hazırlamışdır.

QHT.az xəbər verir ki, “BMT İnsan Hüquqları Şurasınının Xüsusi Prosedurları və prosedurlardan istifadə qaydaları” adlanan yaddaşa Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının 46 tematik prosedurundan Azərbaycanın ixtisaslaşmış qeyri hökumət təşkilatları üçün maraq kəsb edənləri barəsində qısa məlumatlar daxil edilmişdir. Yaddaşda anti-Azərbaycan qüvvələrin ölkəyə qarşı apardığı böhtan və saxta kampaniyalara, o cümlədən BMT-nin insan hüquqları sahəsində nizamnamə və müqavilə orqanlarına Azərbaycanla bağlı göndərilən hesabatlara necə cavab vermək, əks hesabatlar hazırlamaq və s. prosedurlara dair məlumatlar verilir.

Yaddaşda məlumat mənbələri, ünvanlar, o cümlədən xüsusi məruzəşilərin və işçi qrupların elektron poçt ünvanları göstərlimşdir. İstifadəçilər verilən linklər vasitəsi ilə ixtisaslaşmış QHT-lər daha çox məlumat əldə edə biləcəkdir.

Azərbaycan QHT-ləri BMT-nin insan hüquqları üzrə müqavilə və nizamnamə mexanizmlərindən geniş istifadə etmir. Yaddaşın hazırlanmasıda məqsəd həm QHT-ləri məlumatlandırmaq, həm də bu prosedurlardan istifadəyə təşviq etməkdir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası partnyor təşkilat İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi ilə birgə BMT-nin insan hüquqları üzrə müqavilə və nizamnamə orqanlarına mütamadi olaraq hesabatlar təqdim edir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi layihə çətçivəsində daha iki hesabatın hazırlanması nəzərdə tutulur.

Layihə çərçivəsində hazırlanmış yaddaşla bu linkdə tanış olmaq mümkündür.

https://labourrights-az.org/wp-content/uploads/2026/05/Yaddash_Xususi_Meruzeciler.pdf