“Bir neçə fransız deputat Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək qondarma rejimin nümayəndələri ilə görüşüb”.
Bunu “Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik missiyasını həyata keçirən ölkədir:
“Fransa vasitəçi dövlət olaraq işğal olunmuş Azərbaycan ərazilərinə öz parlamentarilərinin və rəsmilərinin səfərlərinin qarşısını almalıdır. Bu cür addımlar münaqişəsinin həllində işğalçı ölkəyə stimul verir. Rəsmi Bakı Fransaya nota verməli, belə səfərlərin qarşısını almaq üçün qətiyyətli bir siyasət ortaya qoymağını tələb etməlidir.
Əlbəttə, Fransanın parlamentarilərinin Qarabağa qanunsuz səfərləri qondarma rejimin tanınmasına gətirib çıxarmayacaq. Sadəcə, bu rəsmi Parisin ikili standartları müdafiə etməsinin nəticəsidir. İşğal olunmuş ərazilərə humanitar və qeyri-səfərlərin təşkil edən ölkələrə qarşı rəsmi Bakı prinsipial olmalıdır”.
Siyasi şərhçi vurğulayıb ki, üç həmsdr ölkənin parlamentariləri mütəmadi işğal olunmuş ərazilərə səfər edir:
“Azərbaycan üç həmsdr ölkəyə belə səfərlərə imkan verilməməsini tələb etməlidir. Xarici işlər nazirliyi Fransanın Azərbaycandakı səfirinə ciddi etiraz bildirməlidir”