"Ağdam yerlə yeksan edilib, talanıb, göreşənlər qəbirləri də dağıdıb" - Akif Aşırlı


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfər ediblər.

Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.



Səfər iştirakçıları Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanış olub, Uzundərə kəndində 1991-ci ildə salınmış II Şəhidlər xiyabanını ziyarət edib, Qarabağ xanlarının abidələr kompleksinə, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionuna və digər məkanlara baş çəkiblər. 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da səfər təəssüratları ilə bağlı sosial media hesabında qeydlər yazıb: 






"Qovuşdurana şükür, bu günü də gördük. Dünyanın ən varlı şəhərinə, o şəhər ki, 28 il əvvəl işğal olunmuşdu - geri qayıtdıq. Amma o şəhərdə nə var qallb, nə də hal. Yerlə yeksan edilib, talanıb, göreşənlər  qəbirləri də dağıdıb. Havasını, təbiətini, tarixi yaddaşını  dağıda bilməyiblər, əllərində deyil axı. Bu yurdun sahibləri tezliklə geri dönməsin deyə hər tərəfə mina basdırıblar, özləri də "mina" dır, dünyanın hər tərəfinə dağılıb, saatbasaat "part" layırlar . 
Qayıtdıq, Ağdam, Qarabağın paytaxtı, dərdlərin, ələmlərin, ruhların məskəni. Dönüşümüz xeyirli , uğurlu olsun!".