Erməni hərbçilər Qarabağdan çıxarılır - Asratyan

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tədricən Qarabağdan çıxarılır.

Sherg.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı Qarabağdakı qondarma rejimin “ordusu”nun keçmiş “mətbuat katibi” Senor Asratyan Feysbukdakı şəxsi səhifəsində yazıb.

Erməni zabit Qarabağın təqribən 75 faizinin “təhvil verildiyini” iddia edərək baş verənlərə görə Nikol Paşinyanı günahlandırıb. Qarabağdakı erməni silahlılarının çıxarıldığını qeyd edən S.Asratyan bildirib ki, baş nazir nazir vəzifəsini icra edən şəxs buna görə özünə haqq qazandırmağa çalışacaq. Onun sözlərinə görə, Ermənistanın hökumət başçısı hərbi bölmələri Qarabağdan çıxartmağa məcbur olduğunu deyəcək və qeyd edəcək ki, “çünki bunu ondan çağırışçıların valideynləri tələb edirdi, yəni “xalq...”

Asratyan daha sonra iddia edib ki, artıq Mehri dəhlizinin kilidinin açılması məsələlərilə bağlı işlər aparılır. Erməni zabit bu məsələni “pantürkist proqramının bir hissəsi” kimi qiymətləndirib. Bildirib ki, baş nazir bu addıma da haqq qazandıracaq və bunsuz Ermənistan iqtisadiyyatının gələcəyinin olmadığını deyəcək.