Qarabağda erməni Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb, yaralanan var - YENİLƏNİB + VİDEO


Daşaltı blokpostunda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atan terrorçunun kimliyi bəlli olub. Onun 1975-ci il təvəllüdlü Norayr Mirzoyan olduğu bildirilir.

Qeyd edək ki, terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb.

Onun həyatı üçün təhlükə yoxdur.
10:25

Bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığında erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.

Bu barədə Caliber.Az-ın məlumatlı mənbələri məlumat yayıb.

Terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Yaxın vaxtlarda Caliber.Az redaksiyası hadisənin təfərrüatlarını açıqlayacaq.