MESAJ VERİLDİ! – “Qarabağda hərbi məktəb açıla bilər”

“Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsindəki əməkdaşlıq daim artan xətlə inkişaf edir. Bu dinamika müharibədən sonrakı dövrdə, xüsusilə, “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra daha da intensivləşib. Hazırda Azərbaycanın 200-dən çox hərbi qulluqçusunun Türkiyə Silahlı Qüvvələrində təhsil alması və kurslardan keçməsi iddia olunur. 

Bu bardədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  bizim hərbi təhsil və təkmilləşdirmə sahəsindəki priotetlərimiz türk ordusu ilə inteqrasiyadan keçir:

“İstənilən  halda, Azərbaycan hərbçilərinin Türkiyədə daha geniş miqyasda təhsilə cəlb edilməsi alqışlannmalı addımdır. “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun olaraq atılan bütün addımlar Bakı və Ankaranın bütün sahələrdə, xüsusilə, hərbi sahədə potensialının daha da artırılmasına xidmət edir”.

Şuşada hərbi məktəbin yaradılması haqqında yayılan fikirlərə  münasibət bildirən ekpert qeyd edib ki, belə bir məktəbin nə vaxtsa Qarabağda açılması mümkündür:

“Amma bunun Şuşada olacağı real deyil. Çünki Şuşanın yerləşdiyi ərazi ölçüləri buna imkan vermir. Əgər biz Şuşanı mədəniyyət və turizm paytaxtına çevirmək istəyiriksə, bu şəhərdə hərbi infrastruktur qurmağımız doğru olmaz. Çünki hərbi infarstrukturun yaxınlığında silah-sursat, atəş poliqonları olmalıdır. Eyni zamanda texnikaları idarə etmək üçün böyük ərazi lazımdır.Başqa ərazilərdə bunları edə bilərik. Vacib deyil ki, Şuşanın özündə hərbi məktəb açaq.

Orada zəruri sayda hərbi kontingentimiz yerləşir. Onların təminatı və təchizatı üçün də infrastruktur artıq qurulub. Hesab etmirəm ki, bundan sonra Şuşada mövcud olan hərbi infrastruktur daha genişləndiriləcək. Əksinə, Şuşanın mərkəzində yerləşən hərbi infrastrukturun müəyyən bir zamandan sonra ətraf ərazilərə köçürələciyinə ümid edirəm”.