Xarici səyyahlar Ağdama səfər ediblər - YENİLƏNİB + FOTO/VİDEO

On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər.
“Report” xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar.
Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını öz gözləri ilə görüblər.
Səyahətçilər Ağdamdakı Cümə məscidini də ziyarət ediblər.

14:17

Xarici səyyahlar Şuşa şəhərinə səfər edib

Bir qrup xarici səyyah və bloqer Şuşa şəhərində olub.

“Report” xəbər verir ki, onlar Azərbaycanın görkəmli nümayəndələri olan Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun gülləbaran edilmiş heykəllərinin yerləşdiyi şəhərin mərkəzi meydanında olublar.





Daha sonra onlar Xurşidbanu Natəvanın evinə, həmçinin Şuşa Qala divarlarına və Cıdır Düzünə baş çəkiblər.

Səyyahlara şəhərin tarixi haqqında məlumat verilib. Onlar işğal altında olarkən Şuşada törədilmiş dağıntıları gözləri ilə görüb, aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.