
“Aprel döyüşləri xalqın əzmini özünə qaytardı"
“Aprel döyüşləri xalqın əzmini özünə qaytardı"
Yusif Nəzərli
13:12 04.04.2023
Qarabağ
765
"Aprel döyüşləri Azərbaycan xalqına çox böyük ümid, ruh verdi".
Bu sözləri "Sherg.az"a Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu dörd günlük Aprel döyüşlərindən danışarkən deyib. O vurğulayıb ki, hələ 2016-cı ilə qədər Mübariz İbrahimovun qəhrəmanlığı, xırda döyüşlər xalqda Qarabağın qaytarılmasına böyük inam yaratmışdı:
"Dörd günlük döyüşlərdə isə bu inam pik həddə çatdı. İllərdir, insanlar torpaqlarımızın azad olunması arzusunu, istəyini dilə gətirirdi. Nə vaxtsa Ordumuzun erməni azğınlığına, təcavüzünə son qoyacağını gözləyirdilər. Mənfur düşmənilərimizin kəndləri, dinc əhalimizi atəşə tutduğu məlumdur. O atəşlər nəticəsində insanlar həlak olurdular. 7 il öncə aprelin əvvəlində Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini susdurmaq üçün bir neçə istiqamətdə əks-hücuma keçdi. Atəş nöqtələrini susdurdu, nəzarəti ələ aldı. Xalqımızda çox böyük ruh yüksəkliyi yarandı. Doğrudur, şəhidlərimiz, qazilərimiz oldu. Amma dörd günlük savaş xalqın ruhunu, inamını, əzmini özünə qaytardı".

R.Kərimoğlu söyləyib ki, 30 ilə yaxın idi, ATƏT-in Minsk qrupu səmərəsiz fəaliyyət göstərirdi:
"İnsanların ümidini qırmaq üçün əlindən gələni edirdi. Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyev 44 günlük müharibədən sonra dəfələrlə bəyanatlarında bildirib ki, həmsədrlərin istəyi Azərbaycanın ermənilərin işğal siyasəti ilə barışması idi. Bu nöqteyi-nəzərdən də aprel döyüşləri ATƏT-in Minsk qrupu, beynəlxalq aləm, o cümlədən, Ermənistanın himayədarlarına ciddi mesaj idi. Xalqımız torpaqların işğalda qalması ilə razılaşmayacaqdı. Ermənilər dörd günlük savaşdan sonra 2020-ci ildə bir daha azğınlaşdı. Bu dəfə Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm əks-hücum əməliyyatı həyata keçirdi. 44 gün ərzində Azərbaycan torpaqlarının işğalda olan böyük bir hissəsi azad edildi. 2016-cı il aprel döyüşləri 44 günlük böyük Zəfərin təkanı oldu. Allah şəhidlərimizin ruhunu şad eləsin! Qazilərimizə can sağlığı versin!".
Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Dörd günlük savaş İkinci Qarabağ Müharibəsində qazandığımız Zəfərin başlanğıcıdır. Döyüşlər Azərbaycan əsgərinin, Ordumuzun qələbəsi ilə nəticələnib. Dörd günlük savaş nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə