APRELdən sonra "İYUL ZƏFƏRİ"...
Şəymən Bayramova
13:02 17.07.2020
Qarabağ
1614
“Biz ordumuza inanırıq!"
"Ordumuzun arsenalında olan texnika və artilleriyalarla İrəvana qədər gedə bilərik”
Bazar günü günorta saatlarında Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki sərhədində başlayan atışma nəticəsində ölən və yaralananlar var. Aralarında general-mayor və polkovnik olmaqla Azərbaycan ordusu 12 hərbçisini itirib. Şəhidlərimizə görə təəssüf hissi keçirən siyasi şərhçi Ehtiram Mehdiyev hesab edir ki, itkilərimizin böyüklüyünə rəğmən dövlət sərhəddinin Tovuz istiqamətində gedən döyüşlər bizi əsla qorxutmur:
"Azərbaycanın güclü ordusu var və biz ordumuzun arsenalında olan texnika və artilleriyalarla İrəvana qədər gedə bilərik.
Ermənistan hakimiyyəti yaxşı bilir ki, cəbhənin istənilən mövqeyində törətdikləri təxribat onlar üçün ağır itkilərlə nəticələnib. Ümumiyyətlə, baş verən gərginlik gözlənilən idi.
Son aylar Ermənistan daxilində çox ciddi proseslər gedirdi. Ermənistan siyasi, iqtisadi, sosial cəhətdən böhranla üz-üzə qalıb. Paşinyan son zamanlar daha çox aqressiv görünürdü.
Üstəgəl, Prezident İlham Əliyevin dəfələrlə beynəlxalq arenada Paşinyanı real tarixi faktlarla susdurması Ermənistan ictimaiyyəti tərəfindən də yaxşı qarşılanmamışdı. Paşinyanın ölkədə öz siyasi nüfuzunu qorumaq üçün belə həmlələrə əl atması gözlənilən idi".
Torpaqlarımızın iyirmi faizinin ermənilər tərəfindən işğal olunduğunu vurğulayan siyasi şərhçinin sözlərinə görə, Azərbaycan vaxt itirmədən öz torpaqlarını işğaldan azad etməlidir:
"Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməkdən başqa yolu yoxdur. Münaqişə ətrafında hərbi-siyasi diplomatik mübarizə davam etməlidir. Hərbi əməliyyatların Qarabağ istiqamətində davam etməsi mümkündür.
Ümid edirəm ki, Tovuz ətrafında baş verən gərginlik şanlı ordumuzun aprel zəfərindən sonra "İyul zəfəri" kimi tarixə düşəcək. Biz ordumuza inanırıq!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm