Bakıdan uçuş 45 dəqiqə çəkdi
Bakıdan uçuş 45 dəqiqə çəkdi
Yusif Nəzərli
09:30 10.09.2022
Qarabağ
1452
Ən böyük sərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş edib
"Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun"
“Azərbaycan Hava Yolları”nın (AZAL) ən böyük sərnişin təyyarəsi texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub: "Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir.
Tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib. Əlverişli coğrafi mövqeyi nəzərə alaraq Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da bütün yüksək dünya standartlarına və tələblərinə cavab verir”. Qeyd edək ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib. Bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib. Hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edən HHİ qülləsinin tikintisi başa çatdırılıb. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində inşa olunmuş ikinci hava limanıdır.
Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Deputatın sözlərinə görə, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur:
"Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya
Yunanıstan nəhəngi Mauro İkardiyə rəsmi təklif göndərdi
14:58 14.09.2026
Futbol
Azərbaycanda 208 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
14:57 14.09.2026
Hadisə
Rus ordusu mühasirəyə düşdü: Vəziyyət ağırdır...
14:37 14.09.2026
Dünya