Ballıcada 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir (FOTO)
15:40 20.02.2025
Qarabağ
644
İşğaldan azad olunmuş ərazilərə köç prosesi davam edir. Eyni zamanda, bərpa-yenidənqurma və quruculuq işləri də həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
O qeyd edib ki, Xocalı şəhərinə və rayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi olub:
"Ballıca kəndində hazırda 90 ailə yaşayır. Burada hər cür infrastruktur yaradılıb, iş yerləri var, məktəb, uşaq bağçası fəaliyyət göstərir. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir. Xocalı strateji mövqeyə malik ərazidir. Burada hava limanının, dəmir yolunun olması Xocalını nəqliyyat qovşağına və logistika mərkəzinə çevirir. Xoşbəxtik ki, biz bu günləri yaşayırıq. Bu gün Xocalıdayıq. Buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk, şəhidlərin ruhları qarşısında baş əyirik, qazilərin tezliklə şəfa tapmasını diləyirik”, - deyə Afət Telmanqızı əlavə edib.
Qeyd edək ki, Prezidentin izi ilə layihəsi çərçivəsində təşkil olunmuş media tur iştirakçıları Ballıca kəndində olub. Jurnalistlər illər sonra doğma yurdlarında məskunlaşan sakinlərə yaradılmış şəraitlə də tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi