“Ermənistana “zəhər” verən Rusiyadır”
Banuçiçək Kalbalıyeva
14:02 14.07.2020
Qarabağ
1190
“Ermənistan torpaqlarımızı işğal etməklə kifayətlənməyib, hələ təxribat da törədir”
“İlanın başını əzməliyik! Qətiyyətlə və birdəfəlik!”
Tovuzda erməni təxribatı davam edir. Azərbaycan ordusu hərb meydanında hünər göstərir, düşmənə layiqli cavab verir. Ancaq, necə deyərlər, su səhəngi su yolunda qırılar…Şəhidlərimiz də var. Onlardan biri də general-mayor Polad Həşimovdur. Generalımızın şəhid olması onu göstərir ki, Azərbaycan ordusunda birlik, həmrəylik mövcuddur. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, bizdə generallar siravi əsgərlərin arxasında gizlənmirlər. Əksinə, aşağı rütbəli, daha az təcrübəli hərbçilərə nümunə göstərərək öndə gedirlər.
Bu fərəhləndirici məqamla bağlı “Sherg.az”a danışan hərbi ekspert,ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bütün şəhidlərimizə rəhmət diləyib:
“İlk növbədə onu deyim ki, generalın harda olması o qədər də vacib deyil. Generalı itirmək isə böyük dərddir. Allah Polad bəyə və onun timsalında digər şəhidlərimizə rəhmət eləsin. Belə təxribatlar həmişə olub, bundan sonra da təkrarlanacaq. Əlbəttə, müharibə varsa, şəhid də olmalıdır. Nə qədər ki, biz bu məsələni kökündən həll edə bilmirik, yenə şəhid verəcəyik”.
İ.Rüstəmlinin fikrincə, biz təkcə cəbhədə deyil, bütün sferalarda təxribata cavab verməliyik:
“Düşmən çox hiyləgər və məkirlidir. Eyni ilə ilan kimi. Bu ilana zəhər verən isə Rusiyadır. Ermənistan torpaqlarımızı işğal etməklə kifayətlənməyib, hələ təxribat da törədir. Üstəgəl, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək təqsirkar kimi Azərbaycanı qələmə verir. Paşinyanın arvadı isə Azərbaycan analarına səslənərək sülh istəyir. Bu, ermənilərin necə həyasız millət olduqlarını təsdiqləyir. Deməli, ilanın başını əzməliyik! Qətiyyətlə və birdəfəlik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət