Gözdən pərdə asırlar! - Heç bir general ədalətin yanında olmayacaq
Turan
04:06 08.09.2021
Qarabağ
832
Rüstəmlər, alekseylər Moskvanın təlimatından kənara çıxmırlar
"Avdeyevin təyinatının ilk günündən Azərbaycan tərəfi qəti şəkildə Qarabağda mövcud heyətin siyahısını və sayını tələb etməlidir"
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsini başa vurub. R.Muradov 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq rus qoşunlarının rəhbəri təyin olunmuşdu. Muradovun fəaliyyətini sülhyaratma missiyası baxımından müsbət dəyərləndirə bilmərik. General daha çox əsirlərin qaytarılması, erməni hərbçilərinin meyitlərinin tapılıb təhvil verilməsi, girov götürülmiş şəxslərin dəyişdirilməsi məsələsində aktivlik nümayiş etdirdi. Məsələ ondadır ki, Rusiya daha çox erməni tərəfinin maraqlarını müdafiə etdiyi üçün Muradovun fəaliyyətində də bu amil açıq-aydın şəkildə göründü.
İlk dövrlər general daha çox separatçı qüvvələrlə görüş keçirmək, fotolar paylaşmaq, ermənilərin maraqlarına uyğun məsələlərdə xüsusi fəallığı ilə diqqəti çəkirdi. Ciddi narazılıqdan sonra bu tip məsələlərdə bir qədər səngimələr oldu. Məlumat üçün deyək ki, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub. Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb. O, 1967-ci ildə Daşkənddə anadan olub. Lakin görünən odur ki, rüstəmlər, alekseylər Moskvanın təlimatından kənara çıxmırlar. O səbəbdən Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycanır iradlarını nəzərə alacağını söyləmək mümkün deyil.
General-leytenant Rüstəm Muradovun fəaliyyətini və yeni təyinatını “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Muradovun yerinə təyinat alan Aleksey Avdeyev təcrübəli hərbiçi olmaqla yanaşı, həm də cənub sərhədlərinin təhlükəsizliyini təmin edən dairənin komandanının müavini vəzifəsini daşıyır. Partiya rəsmisi bildirib ki, sülhməramlı kontingentə təyinat almasına baxmayaraq, Avdeyevin indiki vəzifəsindən istefa verməsi barədə məlumatlar yoxdur:
“Rüstəm Muradov açıq şəkildə erməni separatçılarına rəğbət bəsləyirdi və fəaliyyəti dövründə bizi narahat edən bir çox addımlar atdı. Separatçı ermənilərə dəstək nümayiş etdirdi. Tamamilə dağılmış, məhv edilmiş qondarma “DQR”in əski parçası altında görüşlər keçirdi. Rusiya sülhməramlıları əllərindən gələn hər şeyi etdilər ki, Azərbaycan tərəfi separatçı rejimi dəstəkləməyən sadə erməni əhali ilə münasibətlər qura bilməsin. Dəfələrlə Şuşa istiqamətində atəş səsləri eşidildi. Muradovun rəhbərlik etdiyi rus sülhməramlıları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə mütəmadi olaraq Qarabağ iqtisadi rayonu ərazisində gərginliyi saxlamağa xidmət etdi. Amma Avdeyevin təyinatından sonra fərqli proseslərin baş verəcəyinə ümid etmək sadəlövhlük olardı”.
V.Əfəndiyev vurğulayıb ki, hələ də Rusiya sülhməramlılarının dəqiq sayı barədə məlumat yoxdur:
“Fərqli fikirlər var. Onların sayının Bəyanatda göstəriləndən çox olduğu deyilir. Avdeyevin təyinatının ilk günündən Azərbaycan tərəfi qəti şəkildə Qarabağda mövcud heyətin siyahısını və sayını tələb etməlidir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən də bu barədə açıqlama tələb olunmalıdır. Təyinat alan generalların müsəlman torpaqlarından çıxması bizi aldatmamalıdır. Hər iki komandanın müsəlman bölgələrində doğulması daha çox Azərbaycan tərəfinin yumşaq damarını tutmaq məqsədilə edilir. Muradovun Çeçenistana qarşı hansı qəddarlıqla döyüşdüyünü bilməyən yoxdur. Erməni tərəfində bu təyinatdan narazılıq ifadə olunmur. Çünki Rusiya pərdə arxasında erməniləri arxayın edib. Hər iki komandanın müsəlmanlara yaxın ola biləcəyi versiyası gözdən pərdə asmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq