Hər kəs dərk edir!- “Qarabağın bütün ərazilərində ordumuz keşik çəkəcək”
Fidan Həmişəyeva
12:40 07.05.2021
Qarabağ
743
“Sərhədlər qüvvələrimiz tərəfindən qorunacaq”
Ermənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda ermənilərə məxsus hərbi avtomobillərin və zirehli texnikanın Laçın dəhlizi vasitəsilə Xankəndini tərk edərək Ermənistana keçməsi əks olunub. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Baş verənlərin reallığı əks etdirib-etdirilməməsinə dair “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, 10 noyabr razılaşmasının ən mühüm müddəalarından biri erməni hərbi qüvvələrinin Qarabağdan çıxarılması idi:
“Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan və Ermənistan üçtərəfli sənədin hərfi sözü uğrunda müharibə aparırdı” sözləri həqiqətdir. Azərbaycan diplomatiyası məsuliyyətli günlərdə düzgün ifadə seçdi.
Ermənilərin Laçın dəhlizi ilə Xankəndidən çıxarılması son günlər çox qabardılır. Bu, ölkəmizin bağlı qapılar arxasında gedən danışıqlar zamanı diplomatik savaşda uğurunu göstərən hadisə kimi qeyd olunur. Lakin prosesə bir neçə fazadan baxmalıyıq. İlk növbədə, Ermənistanda artan qəbir yerlərinin olması ilə övladını itirən valideynlər Ermənistan siyasi hakimiyyəti və hərbi elitasını “süngüyə taxır”. Bundan sonra Ermənistandan Qarabağa hərbçilərin gətirilməsi prosesi öz-özlüyündə cəmiyyətin müqaviməti ilə üz-üzə qalıb.
İkincisi, məhz terrorçu kimi Azərbaycan hakimiyyətinə təslim olan erməni qüvvələri sanki öz cəmiyyətlərində bir mesaj verdi. Yəni, sizi də bu tale gözləyir.
Üçüncüsü, Paşinyan bilsə ki, sabah erməni xalqı onu qətlə yetirməyəcək, sabah bütün silahlı qüvvələri rəsmi əmrlə bölgədən çıxarar. Amma bunu edə bilmir. Çünki müəyyən siyasi bazarlaşmaya getməlidir. Ona görə də bu addımı atmır. Lakin hər kəs dərk edir ki, Qarabağın bütün ərazilərində Azərbaycan ordusu keşik çəkəcək, sərhədlər qüvvələrimiz tərəfindən qorunacaq”.
Z.Oruc vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələri tərəfindən Qarabağa geri qaytarılan mülki ermənilərin 50 mindən çox olduğu bəyan edilsə də, ermənilər geri qayıdırlar:
“Faktiki olaraq 1990-cı illərdə ermənilə müxtəlif vasitələrdə uğur əldə etdikləri savaşdan sonra Qarabağda mövcud olublar. Bəs,məğlubiyyətdən sonra necə qalacaqlar? BMT düzgün şəkildə elan etdi ki, bölgədə cəmi 25 min erməni qalır. Hərbçilər boş məkanı, xüsusilə də dağıdılmış ərazini orada mülki insanlar yaşamasa, qorumayacaq. Ermənistan prezidenti Armen Sarkisyan bunu müəyyən sətiraltı mesajlarla deyir. O, bildirir ki, Qarabağda ermənilərin sayının azlığı onların həyatına, gələcəyinə, iqtisadi durumuna, siyasətinə və geopolitikasına zərbə vurur. Lakin Qarabağda bir erməni belə yaşayacaqsa, o, Azərbaycanın Konstitutsiyasını tanıyan, qanunlarımıza tabe olan, ölkəmizə və əhalimizə ziyan vurmadan fəaliyyət göstərən şəxs olmalıdır. Bunun əksi ola bilməz. Araik Arutyunyan və onun çevrəsi bunu yaxşı dərk edir. A.Arutunyan 2020-cin ilin oktyabrında qalib pozası verir və çevrəsini mukafatlandırırdı. Nəticə isə bütün dünyaya bəllidir. Ona görə də Qarabağda Azərbaycan əsgərinin silahı və iradəsi altında təhlükəsizlik və əmin-amanlıq qoruna bilər. Fransa yox, Avstraliya hərbi qüvvələrini dəvət etsələr belə, bunun əksi mümkün deyil. Bölgədə situasiya Azərbaycanın xeyrinə dəyişib, hərbi qələbəmizi bütün ərazilərimizdə bərqərar etmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm