Hər kəsin Ağdama getməyə haqqı var
Turan
06:02 08.09.2021
Qarabağ
548
Elə insanlar var ki, aylardır Ağdam həsrəti ilə yanıb-tutuşurlar, amma bunun üçün bəzisinin maddi, bəzisinin isə əlaqələri yoxdur
Elə bir mexanizm işlənməlidir ki, insanlar arasında ayrıseçkilik yaradılmasın
Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında Ağdama səfərlə bağlı proseduru açıqlayıb. E.Hüseynov bildirib ki, səfərə qatılmaq üçün “agdam@pa.gov.az” elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportunun şəklini göndərmək tələb olunur. Onun sözlərinə görə, öncəlik şəhid ailələri, qazilər və 60 yaşdan yuxarı Ağdam əhalisinə veriləcək. Xatırladaq ki, bir müddət əvvəl ağdamlı ictimaiyyət nümayəndələri müvafiq dövlət qurumlarına çağırış etmişdilər ki, Ağdama getmək istəyənlərə, ən azından yaşlı sakinlərinə rayona getmək üçün imkan yaradılsın. Əlbəttə, Ağdamın bərpası və ümumi köçə start verilməsi prosesi uzun çəkə bilər.
Məhz o səbəbdən xahiş olunurdu ki, 28 il torpaq həsrəti çəkən vətəndaşlara doğma yurdlarını hamıdan öncə görmə şansı verilsin. Onu da qeyd edək ki, ayın 6-da bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər ediblər.
Ağdamlı Əməkdar jurnalist, “qol.az” saytının baş redaktoru Aydın Bağırov “Şərq”ə açıqlamasında bununla bağlı əvvəlcədən müraciət edildiyini deyib:
“Xahiş etmişdik ki, birinci növbədə Ağdamın yaşlı nəslinin nümayəndələrini öz torpaqlarına aparsınlar. Xüsusən, yaşı 60-dan yuxarı olanların getməsi daha məqsədəuyğundur. Elələri var ki, bəlkə də ömürlərinin son günlərini yaşayırlar. Ağdamı nə qədər tez görsələr yaxşı olar”.
Araşdırmaçı-jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev də qəzetimizə bildirib ki, bu səfərlərdə rəsmi heç bir şərt yoxdur.
Yeganə COVID pasportunun tələb olunmasıdır ki, bu da başadüşüləndir: “İndiki pandemiya şəraitində bunu normal hesab edirəm. Amma məsələnin bir az fərqli tərəfləri var.
Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi tərəfindən təşkil olunmuş son səfər barədə məlumatları izləyəndən sonra aydın oldu ki, səfərdə iştirak edənlər arasında bundan əvvəl müxtəlif kanallarla Ağdamda səfərdə olmuş insanlar da var idi. Bilirsiz, bu, havayı olduğu üçün dəfələrlə Həcc ziyarətinə getməyə bənzəyir. Elə insanlar var ki, aylardır Ağdam həsrəti ilə yanıb-tutuşurlar, amma bunun üçün bəzisinin maddi, bəzisinin isə əlaqələri yoxdur.
Elə bir mexanizm işlənməlidir ki, insanlar arasında ayrıseçkilik yaradılmasın. Yenə deyirəm, rəsmi heç bir şərt yoxdur, amma qeyri-rəsmi şərtlər var və bu, aradan qaldırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq