Laçın şəhərindəki hərbi və mülki obyektlər on gün ərzində su ilə təchiz ediləcək
Yusif Nəzərli
08:13 01.09.2022
Qarabağ
718
“Azərsu” ASC sentyabrın 10-na qədər Laçın şəhərindəki hərbi və mülki obyektləri su ilə təchiz etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
“Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirlər çərçivəsində mülki və hərbi obyektləri yeni yerüstü xətlər vasitəsilə içməli su ilə təmin etməyi planlaşdırırıq. Burada elə anbarlar var ki, ümumiyyətlə istifadə edilməyib, içi torpaq və daşla doludur. Laçındakı şəbəkələri araşdırıb hansıların istismara yararsız və yaxud yararlı olduğunu bilməliyik.
Artıq böyük bir konteynerlə buraya ehtiyat hissələri, borular, lazımi avadanlıqlar, xüsusi texnika, mal-material gətirilib. Mütəxəssislərimiz buradadırlar və biz yeni alternativ yerüstü şəbəkə yaratmağa başlayacağıq ki, həmin obyektlərə maşınlar yox, şəbəkə vasitəsilə su daşıyaq, bu gün burada xidmət aparan hərbi və mülki şəxslərin su ilə təchiz edək. Artıq növbəti mərhələdə, digər ərazilərimizdə olduğu kimi, burada da fundamental işlərə başlayacağıq”, - deyə o qeyd edib.
“Əsas hədəfimiz budur ki, Laçın şəhərində olan bütün obyektlərimizi su ilə təmin edək. Kifayət qədər su var. Bu gün hələ artezianların təmir-bərpa edilib işə salınması haqqında düşünmürük. Alternativ mənbədən suyu Laçın şəhərinə gətirib çıxarmışıq. Yeni müvəqqəti yerüstü şəbəkələr yaratmaqla obyektlərə su verməyi təmin edəcəyik. Artıq bir neçə obyektə bu xətlərlə su verməyi düşünürük. Növbəti mərhələdə tələbata və sifarişə uyğun olaraq digər obyektlərə də su veriləcək. Sifarişlər çoxdur. Su istəyən həm mülki, həm hərbi obyektlər var. Ona görə də biz planlı şəkildə boruların hamısını su ilə təmin edəcəyik. Çalışacağıq ki, sentyabrın 10-na qədər bütün obyektləri su ilə təmin edək”, - deyə A.Cəbrayıllı əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə