Lavrov agah edildi!- "Üçtərəfli bəyanatın tələbləri yerinə yetirmək..."
11:30 13.05.2021
Qarabağ
855
“Azərbaycan regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz bu istiqamətdə mövcud geostrateji reallıqlara uyğun və gələcəyə hesablanmış konkret addımlar atır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində oldu. Dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyini və aydın strateji baxışlarını bir daha ifadə etdi”.
Bu fikirləri "Sherg.az“a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloq bildirib ki, bəhs olunan görüşdə Üçtərəfli bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması məsələsinin reallaşması üzrə önəmli addımlar atıldığı diqqətə çatdırıldı:
Məlumdur ki, Azərbaycan öz tərəfindən dəmir yolu və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparır. Düşünürəm ki, bu, regional təhlükəsizlik və əməkdaşlıq kontekstində strateji əhəmiyyətə malikdir.
Bölgədə kommunikasiya xətlərinin bərpası unikal və universal əməkdaşlıq mühiti yaradır. Bütövlükdə, Cənubi Qafqazda yeni geostrateji situasiyanın yaranması Avrasiyada beynəlxalq dialoq, inteqrasiya və işbirliyi zəminində bir çox xalqlar və dövlətlər üçün əhəmiyyətli siyasi-iqtisadi dividendlər vəd edir”.
N.Qələndərlinin sözlərinə görə, bəhs olunan görüş zamanı dövlətimizin başçısı tərəfindən Azərbaycanın humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirməsinin diqqətə çatdırılması xüsusi önəm daşıyır:
“Ölkəmiz postmüharibə dövründə bu kontekstdə bir çox addımlar atıb. Əlbəttə, Azərbaycanın bu mühüm siyasi jestinə uyğun olaraq Ermənistan da adekvat davranış sərgiləməlidir.
Xüsusilə də, məğlub ölkə Üçtərəfli bəyanatın icrası ilə əlaqədar müxtəlif əngəllər və problemlər yaratmağa yönəlik cəhdlərdən əl çəkməli, beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə zidd davranışlara yol verməməlidir.
Ermənistanın qarşısında duran başlıca vəzifə, öhdəlik Üçtərəfli bəyanatın tələblərini tam və qeyd-şərtsiz yerinə yetirmək, revanşizm siyasi ritorikasından əl çəkmək və yeni reallıqlara uyğun davranış sərgiləməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq