Müharibə gedir: İnformasiya təminatı məsələsində çox diqqətli olmaq lazımdır
Banuçiçək Kalbalıyeva
09:06 19.07.2020
Qarabağ
965
Tovuzda gərginlik hələ qalmaqdadır. Situasiyanı kritikləşdirən ən başlıca məqam isə yayılan xəbərlər, xüsusilə dezinformasiyalardır. Təşviş dolu, təlaş yarada biləcək və məqsədli şəkildə yayılan, həqiqətə heç bir uyğunluğu olamayan məlumatlar ictimai şüura təsir edir. Deməli, biz təkcə döyüşlər gedən konkret bölgədə yox, informasiya fazasında da ehtiyatlı olmalıyıq.
Bu barədə "Sherg.az"a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru Akif Rüstəmov düşünür ki, indiki məqamda xəbərə münasibətdə ayıq- sayıq olmaq əsas şərtdir:
"İnformasiya təminatı məsələsində çox diqqətli olmaq lazımdır. Bölgə əhalisinə xəbərdarlıq edilməlidir ki, əməliyyatlar barədə informasiya verilməsin. Bəzən bölgəyə yeridilmiş texnikanın fotosunu çəkib yayırlar. İki gün əvvəl də belə hal oldu. Nəticədə düşmən bundan istifadə edir. İnformasiyaları biz özümüz qorumalıyıq. Müdafiə Nazirliyinin məlumatlarına istinad etməliyik. Təəssüf ki, nazirlik informasiya verməkdə çox vaxt gecikir. Vətəndaşlar xüsusilə şəhidlərlə bağlı xəbər yayanda diqqətli davranmalıdırlar. Yenə də nazirliyin məlumatını gözləmək lazımdır. Əks halda, "Şəhidimiz var" deməklə minlərlə ailədə narahatlıq yaranır.
Professorun fikrincə, bu dəfəki təxribatın Tovuzda törədilməsi təsadüfi deyil:
"Tovuz hadisələrində işğalçı Ermənistan üç məqsəd güdürdü. Birincisi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğundan Rusiyanı bu işə cəlb emək istəyirdi. İkincisi, Avropaya gedən “Şərq-Qərb” nəqliyyat dəhlizinə xələl gətirmək məqsədi güdürdü. Nəzərə almaq lazımdır ki, Rusiya həmin dəhlizin əleyhinədir. Həm də Paşinyan bu yolla narazı əhalinin fikrini yayındıracağını düşünürdü. Amma düşmənin arzusu gözündə qaldı. Ordumuz onları geri oturtdu. Şəhidlərimizə Allah rəhmət eləsin!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm