Qarabağa qayıdış planı: “Sorğunun cavabı 100 faiz olmalıdır” - Hamı qayıtsın!
Fidan Həmişəyeva
15:36 20.05.2021
Qarabağ
907
“Müəyyən vaxt lazım olacaq, lakin qayıdışa tərəddüd etmək lazım deyil”
Sosial Tədqiqatlar Mərkəzi (STM) “Prezidentin Fəaliyyəti ictimai rəydə” adlı sorğu keçirib. Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.
Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən çox yaxşı qiymətləndirilib.
Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.
Sorğunun nəticələrini “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədovun fikrincə, vətəndaşların qayıdış planını müsbət dəyərləndirmə faizi 100 olmalıdır:
“30 ilə yaxındır ki, nə həsrət və arzularla yaşayırdıq. Neçə illərdir doğma yurdumuza qayıtmağı xəyal edirdik. Bu gün isə ərazi bütövlüyümüzü bərpa etmişik. Bəs hansı düşüncə ilə torpaqlarımza qayıtmamağı düşünürük?
Hesab edirəm ki, normal vətəndaş mövqeyinə malik olanlar bu qayıdışdan imtina etməməlidir. Hər kəsin vətəni Azərbaycandır.
Lakin mənim vətənim haradan başlayır sualının cavabını belə verərdim: “Mənim üçün vətən anamın məni dünyaya gətirdiyi ev-eşikdən başlayır”. Bu cür düşünüb doğma yudumuza qayıtmalıyıq.
Hazırda Böyük Qayıdışla bağlı çox böyük işlər görülür: Yollar çəkilir, müxtəlif bərpa və quruculuq işləri aparılır, şəraitlər yaradılır, təhlükəsizlik tədbirləri yerinə yetirilir.
Cənab Prezident hər zaman vurğulayır ki, bizim üçün ən vacibi vətəndaşlarımızın həyatınının təhlükəsizliyidir. Yaxın günlərdə Şuşada “Xarı bülbül” festival keçirildi və mən də iştirakçı idim.
Şuşanın harasına getdiksə orada bərpa və abadlıq işləri aparılırdı. Yol boyu bütün texnikalar işləyirdi. Bunlar bizim üçündür ki, doğma yurd-yuvalarımıza qayıdaq. Əlbəttə, zamana ehtiyac var. Bunların hər birini tez vaxtda etmək qeyri-mümkündür. Müəyyən vaxt lazım olacaq, lakin qayıdışa tərəddüd etmək lazım deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat