Rusiya sülhməramlıları 5 ildən sonra ərazilərimizi tərk etməyə məhkumdur
Turan
08:03 06.07.2021
Qarabağ
542
Şuşa Bəyannaməsi və Türkiyənin istənilən vaxt bölgəyə hərbi qüvvə yerləşdirmək imkanları Kremli daha da çıxılmaz duruma salıb
“Rusiya sülhməramlılarının bölgədə uzun müddətə qalması istəyi həm Rusiyanın, həm də separatçı rejimin arzusudur”.
Bu barədə “Şərq”ə açıqlamasında İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev deyib. Birlik rəhbəri vurğulayıb ki, Rusiya, xüsusilə də ABŞ tərəfindən dəstəklənən Paşinyanın hakimiyyətə gəlişindən sonra Cənubi Qafqazda mövcudluğunun təhlükə altında olduğunu hiss edir: “Rusiya yaxşı bilir ki, Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri gec-tez ondan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı addımlar atmağı tələb edəcəklər.
Bu isə Rusiya üçün Cənubi Qafqazın tamamilə əldən çıxması anlamına gəlir. Çünki Azərbaycan və Gürcüstanda Rusiya hərbi bazaları mövcud deyil və nə vaxtsa olacağı ilə bağlı da heç bir perspektiv yoxdur. Bunu yaxşı başa düşən Rusiya hər vəchlə özünə daha yaxın, sözə baxan qüvvələrin hakimiyyətə gəlişinə çalışırdı. Son seçkilərdə Koçaryanın müdafiə edilməsi də buna xidmət edirdi. Lakin həmin gözləntilər özünü doğrultmadı. Əksinə, indi erməni cəmiyyətində və hakimiyyətində Rusiyaya qarşı olan münasibət özünü mənfiyə doğru daha qabarıq şəkildə büruzə verməkdədir”.
Analitik bildirib ki, Şuşa Bəyannaməsi və Türkiyənin istənilən vaxt bölgəyə hərbi qüvvə yerləşdirmək imkanları, bununla da faktiki olaraq həm də NATO-nun regiona yerləşməsi Rusiyanı daha da çıxılmaz duruma salıb:
“Rusiya regionda öz mövcudluğunu qoruyub saxlamağın tək yolunu guya ki, “sülhməramlı” missiya həyata keçirdiyi ərazidə uzun müddət qalmaqda görür. Bunun üçün də ayrı-ayrı ictimaiyyət nümayəndələrinn dili ilə həm Azərbaycana, həm də Ermənistana mesajlar verilir ki, “bizim regionu tərk etmək fikrimiz yoxdur”. Bunu Rusiya TV-nin reportajlarından da görmək olur.
Elə bir neçə gün əvvəl Rusiya telekanalı Laçın dəhlizindən hazırladığı reportajda Xankəndidə olan ermənilərdən müsahibə alaraq onların Rusiya pasportu daşımaq istədiyini təbliğ edirdi. Separatçı rejim təmsilçilərinin də Rusiyanı qarant olaraq görməsi və eyni mövqe sərgiləməsi bir tərəfdən həmin ərazilərə köçürülmüş, lakin sayları hər keçən gün azalan erməniləri arxayın salmağa, digər tərəfdən isə Rusiyanın vassalı olaraq mövcudluqlarını davam etməyə hesablanıb”.
T.Musayev vurğulayıb ki, Rusiya isə şirnikləşdirilərək və aldadılaraq Xankəndiyə və ətraf ərazilərə köçürülən ermənilərin orda qalmaq istəmədiyini və bölgəni tərk etdiyini gördüyü üçün Rusiyanın qarant olması ilə bağlı fikirləri mütəmadi olaraq dövriyyəyə buraxır:
“Çünki ermənilərin həmin ərazidən köç etməsi ona gətirib çıxaracaq ki, Rusiyanın hər hansı bir missiya həyata keçirməsinə ehtiyac qalmayacaq. Amma kimin nə deməsindən asılı olmayaraq, Rusiya və ya separatçı rejimin arzularından asılı olmayaraq ortada üçtərəfli bəyanat var və həmin bəyanatın da şərtlərinə müvafiq olaraq Rusiya “sülhməramlıları”nın bölgədə qalma müddəti 5 ildir. 4 il yarımdan sonra tərəflərdən hər hansı birinin tələbi ilə onlar ərazilərimizi tərk etməyə məhkumdurlar və bu, belə də olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda uşaqların sosial müdafiəsi gücləndirilir
16:57 01.06.2026
Cəmiyyət
Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
16:01 01.06.2026
Ekologiya
Makron Trampla Yaxın Şərqi müzakirə edib
15:13 01.06.2026
Gündəm
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya
Rusiya aviasiya kerosininin ixracını dayandırıb
12:53 01.06.2026
Dünya
Tramp İranın ABŞ üçün sərfəli razılaşmaya razı olduğunu açıqladı
12:39 01.06.2026
Gündəm
Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb
12:27 01.06.2026
Gündəm
“Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib
12:17 01.06.2026
Ölkə
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
12:10 01.06.2026
Hadisə
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
12:08 01.06.2026
Gündəm