Üç erməni qaytarıldı: Minalı ərazilərin xəritəsi veriləcəkmi? – ŞƏRH
Fidan Həmişəyeva
13:32 07.05.2021
Qarabağ
636
Xəbər verdiyimiz kimi, 3 erməni hərbçisi Ermənistana geri qaytarılıb. Hərbçilər Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan reysi ilə Ermənistana çatdırılıb. Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan adlı şəxslərin Ermənistan ordusunda xidmət etməsinin təsdiqlənməsinə baxmayaraq, onların cinayətkar fəaliyyətlərdə, o cümlədən Azərbaycan hərbi qulluqçularının və ya mülki şəxslərin ölümü və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyənləşdirilməyib.
Təəssüf ki, Ermənistan Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə oxşar prinsiplərlə cavab vermir. Ermənistan hələ də Qarabağdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edirlər. Ermənistan tərəfinin basdırdığı minalar hələ də mülki şəxslər və hərbi qulluqçularımızın ölümünə səbəb olur.
Baş verənləri “Sherg.az”a şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, dövlətimiz hər zaman humanist olsa da, düşmən tərəfi bu cür addımlarımızı dəyərləndirməyib:
“200 ildir ki, erməniləri öz ərazilərimizdə qonaq etmişik. Lakin onlar bizə arxadan zərbə vurublar. İkinci Qarabağ müharibəsində də Azərbaycan daim humanist mövqedən çıxış etdi. Ölkəmiz istər əsirlər, istər yaralılar, istərsə də dinc əhaliyə münasibətdə fərqli davrandı. Dünya müharibə tarixində İkinci Qarabağ savaşı dinc əhalinin az itkisi olduğu nadir müharibələrdən biri idi.
Statistik göstəricilərdə də qeyd olunub ki, istənilən müharibədə itkilərin 50-55 faizi dinc sakinlər olur. Amma Azərbaycan çox humanist müharibə apardı. Ermənilərin dediklərinə görə, guya 70 nəfər ölüb. Təbii ki, bu da saxta rəqəmdir. 70 nəfər olsa belə, bu, heç 1.5 faiz itkini təşkil etmir. Azərbaycan mövqeyini bildirdi ki, 10 noyabra qədər olan bütün əsirləri qaytarır.
10 noyabrdan sonrakı ermənilər isə əsir yox, terrorçudurlar. Düşmən isə hay-küy salıb, dünya ölkələrinin gündəminə gətirməyə çalışırlar ki, guya Azərbaycan tərəfi “əsirləri” geri qaytarmır. Dövlətimiz isə prinsipial mövqe göstərdi və qanuna söykənən addımlar ataraq, izah etdi ki, həmin 3 nəfərin azərbaycanlılara qarşı hansısa cinayəti təsdiq olunmadığı üçün buraxılırlar. Humanist və düzgün addım olsa da, qarşı tərəfin bunu dəyərləndirəcəyi böyük sual altındadır. Gözləyirik ki, minalı xəritələrin verilməsi ilə əlaqədar addım atsınlar”.
A.Nağının fikrincə, bu qədər humanizmin yeri yoxdur:
“Bəzən deyirik ki, həddindən artıq obyektivlik də düzgün deyil. Bu baxımdan ifrat humanizmlikdən də uzaq durmaq lazımdır. Qarşılıq yoxdursa, bu qədər humanist olmağa dəyməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial