Xoşqədəm Hidayətqızı: İstiyirəm ki, ata-baba yurduma geri dönüm
11:38 11.02.2025
Qarabağ
1027
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış prosesi davam edir və növbəti mərhələ Ağdərə rayonunu əhatə edir. İlk köçürülmə rayonun Həsənriz kəndində həyata keçiriləcək. Burada artıq təmir-bərpa işləri tamamlanıb və zəruri infrastruktur qurulub. Sakinlərə evlər püşkatma yolu ilə paylanacaq. Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad olunub. 1992-ci ildə ləğv edilərək Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa edilmişdi.
Əslən Ağdərənin Narınclar kəndindən olan tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “Sherg.az”a bildirib ki, Ağdərəyə köçün başlaması ilə bağlı çox sevinclidir:
“Mənim Ağdərədə qohum-əqrəbam, əmim və qardaşlarımın məzarları var. İstiyirəm ki, ata-baba yurduma geri dönüm. Arzu edirəm ki, bu köç Narınclar kəndinin sakinləri üçün da başlasın. Mənim doğulduğum kənddə yandırılan ata ocağımın yenidən qurulmasını istəyirəm. Həmin günün gələcəyini və bizim öz doğulduğumuz Narınclara köçməyi səbirsizliklə gözləyirik. Eyni zamanda ata ocağıma köçməyi düşünürəm və orada evimin olmağına ümid bəsləyirəm. İnanıram ki, Ağdərəyə köçmək hissini ana və atam da yaşayacaqlar. Ana və atamın tez bir zamanda köç karvanında Narınclara getməyi üçün Allaha dua edirəm. Ağdərəyə köç başladığı xəbərini eşitdikdə göz yaşlarımı saxlaya bilmədim. Çünki həqiqətən də belə hadisələr insana möcüzə kimi gəlir və bəzən illərdir həsrətini çəkdiyin ata-baba yurduna qayıtmağa inanmaq olmur. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlısı versin və Ali Baş Komandanımızı, Ordumuzu və xalqımızı qorusun. Hər zaman güclü olaq, yalnız sevinc göz yaşları axıdaq və qələbələrimizin sayı sonsuz olsun. Narıclara köçməklə bağlı bir ara müraciətlər toplanırdı. Ümid edirəm ki, biz öz kəndimizə köçəcəyik. Ata-babalarımızın yaşadığı həmin kəndə qayıtmaq üçün günləri sayıram. Biz nəsillikcə Narınclarda təmir-bərpa işlərinin başlayacağını və ora köçməyi gözləyirik. Hətta bununla bağlı yazı da hazırlayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi