Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugün Nazirlər Kabinetinin iclasını keçirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, iclasdan sonra jurnalistlərə açıqlama verən dövlət başçısı Avropanı düşdüyü vəziyyətdən sadəcə Türkiyənin çıxara biləcəyini söyləyib.
"Son dövrdə AB ilə əlaqələrimizin əvvəlki ritminə qayıtmasına əhəmiyyət veririk. AB-ni düşdüyü çıxılmaz vəziyyətdən sadəcə Türkiyənin birliyi tam hüquqlu üzvlüyü xilas edə bilər", - o bildirib.