
Əldə etdiyimiz tarixi Zəfərin bənzəri yoxdur -ŞƏRH
Yusif Nəzərli
06:50 20.03.2025
Siyasət
285
Biz sadəcə, 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilən torpaqlarımızı azad etmədik, həm də geriyə qayıdaraq yüz il əvvəl əlimizdən zorla alınmış torpaqlarımızı geri qaytardıq
"Dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir". Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib. Dünyada hazırda cərəyan edən proseslərə diqqət yönəldən dövlət başçısı qeyd edib ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir: "Ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir".
Dövlət başçısının diqqət çəkdiyi önəmli məqamı "Sherg.az"a dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti Ağdərədə yeni məskunlaşan soydaşlarımızla birlikdə keçirdiyi Novruz tədbirində möhtəşəm Qələbəmizi yenidən qiymətləndirdi. Deputatın sözlərinə görə, bu qiymətləndirmə çox obyektiv idi:

"Çünki həm tarixi müqayisəli, həm də mövcud reallıqlar kontekstində qələbənin yenidən qiymətləndirilməsi nəyi əldə etdiyimizin, nəyi bacardığımızın mühüm göstəricisidir. Baxın, dünyada ikinci elə hal yoxdur ki, 100 il əvvəl xalqdan qoparılmış torpağı xalq yenidən qaytarsın. Çünki 100 ildən sonra bu hadisə tarixə çevrilir. Xankəndi bizdən qoparılmışdı. Qondarma "Dağlıq Qarabağ" adlandırılan keçmiş quruma "muxtariyyət" statusu verilməklə, yüz il əvvəl bizdən qoparılmışdı. Biz sadəcə, 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilən torpaqlarımızı azad etmədik, həm də geriyə qayıdaraq yüz il əvvəl əlimizdən zorla alınmış torpaqlarımızı geri qaytardıq. Bu mənada həqiqətən Zəfərin analoqu yoxdur. Əldə etdiyimiz tarixi Zəfərin bənzəri yoxdur".
Parlament üzvü vurğulayıb ki, digər möcüzə xalqımızın böyük həvəslə ata-baba torpaqlarına qayıtması, doğma yurda bağlılığını nümayiş etdirməsidir:
"Həm də qısa müddətdə bu Qayıdışı təmin etmək üçün böyük işlərin, meqalayihələrin görülməsini, yaşayış yerlərinin salınması, kommunikasiyaların çəkilməsi, dövlət dairələrinin bərpa olunmasına diqqət yönəltmək lazımdır. Bütün bunların hamısı öz-özlüyündə tarixdir, tarixi hadisədir. Ona görə də əldə etdiyimiz Zəfərin qiymətini hər bir azərbaycanlı dərk etməli, öz yaddaşına yazmalıdır. Bu Zəfəri bizə yaşadan şanlı Ordumuza və müzəffər Ali Baş Komandanımıza daim minnətdar olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya