
Məqsəd Tehranı güzəştə məcbur etməkdir -ŞƏRH
08:00 07.05.2025
Region
438
Əgər İran danışıqları uzadıb, anlaşmaya getməsə, Tramp İrana qarşı hərbi əməliyyatlara əmr verə bilər
ABŞ və İran arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək. Son üç raundun uğurlu danışıqlar prosesində keçirildiyi qeyd edilir. Məhz əvvəlki illərdə olduğu kimi, ABŞ Altılıq formatında deyil, ikili danışıqlara üstünlük verməklə, Tehranla birbaşa anlaşmada maraqlıdır. Çünki İranla danışıqlarda öz maraqlarının təmin edilməsinə çalışır. Həmçinin Rusiya, Çin və Avropanı kənarda saxlamaqla beynəlxalq güc olduğunu nümayiş etdirir.
ABŞ və İran arasındakı növbəti nüvə danışıqlarını dəyərləndirən siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında aparılan müzakirələrə rəğmən Ağ Evin İrana qarşı sanksiyaları qüvvədə saxladığını deyib. Həmçinin hərbi amilin də daima masada olduğunu vurğulayıb:

“Bu,Tehranı güzəştə məcbur etməkdir. Əgər İran danışıqları uzadıb, anlaşmaya getməsə, Donald Tramp İrana qarşı hərbi əməliyyatlara əmr verə bilər. Burada ABŞ-İran anlaşmasını poza bilən İsrail faktoru var. İsrail Baş naziri B.Netanyahu İrana qarşı hərbi əməliyyatları istisna etmir. Bu, Vaşinqtonu narahat etsə də, bir növ İranı güzəştə getməyi məcbur etmək üçün B.Netanyahunun buaçıqlaması D.Trampın maraqlarına cavab verir. B.Netanyahu birbaşa İrana qarşı hərbi əməliyyatlara başlayarsa, bu, D.Trampın İsrailə qarşı sərt tədbirlər görməsinə gətirib çıxara bilər. Xüsusilə, İsrailə dəstəyi geri çəkməklə, B.Netanyahunun siyasi iflasına və onun həbsinə gətirib çıxara bilər.
ABŞ İranla təkcə nüvə proqramı ilə deyil, Yaxın Şərqdə proksi qüvvələrdən dəstəyi buraxmağı tələb edir. İran isə Suriyada kürdlərə ABŞ-nin dəstək verməsini tələb edir. Bununla Türkiyənin Suriyada rolunu zəiflətməyi hədəfləyir. Proseslərin bu istiqamətdə inkişafı regionda maraqlar toqquşmasına gətirib çıxarıb. İran ABŞ ilə danışıqlarında Türkiyə faktorundan imtina etməyib. ABŞ isə İranla danışıqlarında Türkiyə əleyhinə anlaşmaya getməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region