İran XİN: ABŞ ilə nüvə danışıqlarının vaxtı və yeri bəlli deyil

İran və ABŞ arasında nüvə sazişi ilə bağlı növbəti danışıqlar raundunun keçirilməsi üçün nə vaxt, nə də məkan hələlik müəyyən edilməyib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Bu məsələ ilə bağlı hələlik nə tarix, nə vaxt, nə də yer müəyyən olunub",- o qeyd edib.